“Hürriyyət” qəzetinin kollektivi “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədovun həbsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
Xəbər verilir ki, müraciətdə V.Məmmədovun səhhətində ciddi problemlərin olduğu, vəziyyətinin günbəgün ağırlaşdığı və həkim nəzarətinin vacib olduğu qeyd olunub.
Qəzetin kollektivi prezidentdən bu məqamları nəzərə alaraq, V.Məmmədovun həbsdən azad edilməsinə kömək göstəməsini xahiş edib.
Becan.az