Göyçaydakı şəhid məzarının fotosuna Türkiyə səfiri dərhal reaksiya verdi - FOTO

18:32 22.11.2025 1 946
Jurnalist Nigar Ögedayın paylaşımı keçmişi yenidən canlandırdı

Göyçaydakı şəhid məzarının fotosuna Türkiyə səfiri dərhal reaksiya verdi - FOTO

Türkiyədə yaşayan azərbaycanlı jurnalist Nigar Ögeday, X sosial şəbəkəsində bir izləyicisinin ona Göyçay rayonunun Yekəxana kəndindən göndərdiyi şəhid məzarının fotosunu paylaşaraq həm Azərbaycan, həm də Türkiyə tərəfdən rəsmi şəxsləri etiketləyib.

Jurnalist paylaşımında bildirib ki, 1918-ci ildə təkcə Bakı deyil, Azərbaycanın demək olar ki, bütün bölgələri ermənilərin vəhşi qətliamlarına məruz qalıb. O dönəmdə Osmanlı ordusu Azərbaycan xalqının imdadına yetişərək ölkəni işğaldan xilas edib. Ögedayın sözlərinə görə, bu gün içimizdəki türk düşmənlərinin Türkiyəyə nifrətinin səbəbi də məhz tarixin həmin həqiqətləridir.

Ögeday qeyd edib ki, şəkli ona Instagram üzərindən bir dostu göndərib və foto Göyçay rayonunun Yekəxana kəndində çəkilib. 1918-ci ildə, xüsusilə türk kəndlərini hədəf alan, ermənilər bu kənddə də ağır qətliamlar törədiblər.

Paylaşımda yer alan məzarın Qafqaz İslam Ordusunun bir əsgərinə aid olduğu bildirilir. Kənd sakinlərinin sözlərinə görə, burada üç Osmanlı əsgərinin məzarı var. Yerli əhali bu məzarları Sovet dönəmində belə, qoruyub, rusların dağıtmasına imkan verməyib — şəhidlərə sanki öz ailə üzvləri kimi sahib çıxıblar.

Jurnalist vurğulayıb ki, artıq bu məzarların daha ciddi şəkildə qorunmasına ehtiyac var:

“Məzarlıqların təmizlənməsi, abadlaşdırılması və bir anıta çevrilməsi vacibdir. Çünki bu məzarlar bizə həm tarixi, həm də milli yaddaşı xatırladan işıqdır.”

Nigar Ögeday yaxın günlərdə Türkiyədən mühüm bir heyətlə Azərbaycana səfər edəcəyini, müxtəlif görüşlərdə bu məsələni qaldırmağa çalışacağını bildirib. Lakin onun sözlərinə görə, 15 dekabradək — səfərindən əvvəl — bu işlə məşğul olacaq şəxslərin tapılmasına ümid edir.

O, Azərbaycanın bütün bölgələrində belə məzarların araşdırılıb tapılmasını və hər birinin ziyarət olunacaq anıt halına gətirilməsini vacib saydığını qeyd edib.

Sözügedən paylaşıma Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün dərhal reaksiya verib. Qardaş ölkənin Bakıdakı səfiri paylaşıma cavab olaraq yazıb:

“Səbirli olun, Nigar xanım. Məsələni dərhal nəzarətə götürürük. Bu foto, bu həftə bizə çatan ikinci şəhid məzarı məlumatıdır. Bütün ciddi məlumatları diqqətlə qiymətləndiririk. Sizə təşəkkür edirik.”

Jurnalist Nigar Ögeday səfirin duyarlılığı və sürətli reaksiyası müqabilində ona təşəkkür edib.






Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}