Türklər əvvəlcə Şərqə, sonra yenidən Qərbə köçlər edib... - Tarixin izləri

19:15 25.11.2025 1 288
Türklər əvvəlcə Şərqə, sonra yenidən Qərbə köçlər edib... - Tarixin izləri

Türklərin Qafqaza və Anadoluya sonradan gəlmələri barədə yürüdülən cəfəng ideoloji siyasətin kökündə tarixi faktlar dayanmır. Əksinə, türklər Şərqə Xəzərin qərbindən yürüşlər edib və bu barədə çoxsaylı tarixi mənbələr var. Dünyanın "türk qorxusu" türk tarixini saxtalaşdırmaq niyyətini çoxdan ortaya qoysa da, buna nail ola bilmədi...

Tarixə tarixçilərin baxışları ilə boylanaq:

“Türklərin Azərbaycana və Ön Asiyaya kənardan gəlmə xalq olmasını göstərən bircə dənə də tarixi fakt yoxdur. Bunun üçün faktlar olmalıdır. Ola da bilməz, çünki türk etnosu burada yaranıb. Amma bu ərazilərə digər millətlərin gəlməsini sübut edən çoxlu sayda tarixi faktlar var. Türklərin Azərbaycandan Türküstana (Mərkəzi Asiyaya) köç etməsini sübut edən faktlar isə çoxdur. Yəni, təxminən hansı əsrlərdə hansı mədəniyyətin (türklərin) öz ata yurdları olan Azərbaycandan çıxıb Türküstana (Mərkəzi Asiyaya), Altaya getməsini sübut edən arxeoloji faktlar, hətta çox sayda yazılı qaynaqlar da, bəlgələr də var. Türkün buradan getmə tarixi var, bir də bura "gəlmə" yox, qayıtma tarixi var. Özü də bütün türklərin yox, Dış Oğuzlar dediyimizin bir hissəsi olan Saqalar. Onlar Quzey Qafqaz üzərindən qayıtdılar Azərbaycana. (Herodot yazır ki, onlar elə qüdrətli idi ki, bütün Asiya dövlətlərindən vergi alırdı). Sonra İç Oğuzlarla Dış Oğuzların davası ki, düşdü, yəni Midiya çarlarıyla sonradan qayıdan türklər arasında narazılıq başlayanda onların bir hissəsi buranı tərk edib gedib Azov ətrafında qüdrətli bir dövlət qurdular. Bax, həmin o gəliş, Azərbaycana ilk qayıdış idi. Bir də Oğuz-Səlcuqların gəlişi var, 9-10-11-ci əsrlərdə, təxminən 40 min ailə. Bu 40 min ailə gəlib Anadolunu türkləşdirə, sonralar 80 milyona çevrilə bilməzdi. Həmin dövrdə artıq Anadoluda türklər var idi. Alparslan Malazgird döyüşündə Bizansla vuruşmağa başlayanda bir də görür ki, Bizansdan dəstələr ayrılıb gəlib Alparslanın ordusuna qoşuldular, bax, onlar yerli türklər idi – xristianlıqda olan uz, brendey, qıpçaq türkləri". - Firudin Ağasıoğlu, azərbaycanlı alim, fəlsəfə doktoru, türkoloq.

"Azərbaycan ərazisindəki türk qəbirləri (kurqanları) Türküstandakı, Sibirdəki kurqanlardan daha qədimdir. Bu, bir daha sübut edir ki, türk etnosu Türküstana, Mərkəzi Asiyaya eradan əvvəl Azərbaycan ərazilərindən gedib. Sadəcə, bizim eranın müxtəlif illərində Hunların, Səlcuqların tərkibində yenidən Qərbə doğru türk axınları olduğundan Azərbaycana gələn türklərlə yerli türklər qaynayıb-qarışıblar. "Türklər Altaylardan gəlib" fikri boş və elmi əsası olmayan sözlərdir". - Güllü Yoloğlu, tarix üzrə fəlsəfə doktoru, AMEA-nın şöbə müdiri, Dünya Türkologiya Mərkəzinin sədri, türkoloq, alim.

"Əgər Tarixin atası hesab olunan Herodot 2500 il bundan əvvəl türklərin burada yaşamasından xəbər verirsə, deməli, Azərbaycan türkləri çox-çox əvvəl burada yaşayıb-məskunlaşmışlar. Görkəmli tarixçi Z.Yampolski də bu fikirdədir. O, yazırdı: "Mixi yazıların, habelə, ilk mənbələrin məzmunu bunu deməyə əsas verir ki, türk dili Azərbaycanda eramızdan əvvəlki dövrlərdə peyda olmuşdur". VII əsr ərəb tarixçisi Cürhumi də qətiyyətlə bildirir ki, "Azərbaycan lap qədim çağlardan türklərin vətəni sayılır, onlar bu ərazidə çoxdan məskunlaşmışlar". - Vəli Həbiboğlu, fəlsəfə doktoru, tarixçi.

"Ən qədim Çin mənbələri türklərin Xəzər dənizinin qərb sahillərindən (Azərbaycandan) gəldiyini bildirir. Həmin mənbələrdə türklərlə bağlı ikinci rəvayətdə də deyilir ki, türklərin ilk atası Xəzər dənizinin qərbində yaşayırdı və onlar hunların bir bölümü idi və Asina adlanırdı". - Cavad Heyət, türkiyəli alim, türkoloq.

"Türklərin ulu babalarının Azərbaycanda yaşaması faktdır və bunu e.ə. III minilliyə aid Akkad, Aşşur və Urartu mənbələri də təsdiqləyir". - Bəxtiyar Tuncay, türkoloq, tarixçi, tədqiqatçı.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}