Rəşid Behbudovdan qalan bahalı brilyantlar oğurlanıb - TƏFƏRRÜAT

17:43 15.07.2023 1 371
Rəşid Behbudovdan qalan bahalı brilyantlar oğurlanıb - TƏFƏRRÜAT

Dahi musiqiçi Rəşid Behbudovun kürəkəni, Space TV-nin keçmiş rəhbəri Kamil Şahverdinin evindən oğurluq olub.

“Qafqazinfo” bildirir ki, Kamil Şahverdinin Səbail rayon Neftçilər prospektində yerləşən evində xadimə işləmiş 1981-ci il təvəllüdlü İrina Vatolinaya oğurluq əməlinə görə cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq-külli miqdarda zərər vurmaqla) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Məlum olub ki, İ.Vatolina evdən ümumilikdə 53 min 814 AZN-lik oğurluq edib. O, evdən işlədiyi müddətdə, gizli olaraq, hissə-hissə olmaqla çoxsaylı qızıl-zinət əşyalarını, bahalı bəzək əşyalarını, medalyonları və s. oğurlayıb.
Oğurlanan əşyalar arasında dəyəri 5000 manat dəyərində olan brilyant qaşlarla bəzədilmiş qızıl üzük və sırğa dəsti, 3000 manat dəyərində firuzə qaşlarla bəzədilmiş 1 qızıl üzük və sırğa dəsti, 3000 manat dəyərində, ortasında amitis qaş, ətrafı brilyant qaşlarla bəzədilmiş 1 qızıl üzük və sırğa dəsti, 3000 manat dəyərində olan, 2 karat brilyant qaşlarla bəzədilmiş qızıl üzük, 4000 manat dəyərində 3 karat brilyantla bəzədilmiş qızıl sırğa və üzük dəsti, ümumi dəyəri 5000 manat olan, brilyant qaşlarla bəzədilmiş 4 ədəd üzük, ümumi dəyəri 4000 manat olan 3 ədəd müxtəlif ölçülərdə qızıl qolbaq, ümumi dəyəri 3000 manat olan 3 ədəd qızıl saat, 7000 manat dəyərində olan, ağ qaşlarla bəzədilmiş, üzük, sırğa, bilərzik və boyunbağıdan ibarət 1 ağ qızıl platin dəst və s. də olub.

K.Şahverdi ifadəsində oğurlanan əşyaların əksəriyyətinin SSRİ Xalq artisti Rəşid Behbudovdan qızı, yəni onun həyat yoldaşı Rəşidə Behbudovaya yadigar qaldığını və bu əşyaların onlar üçün böyük mənəvi dəyərə malik olduğunu deyib.

O, həmçinin qeyd edib ki, İrina onlara məxsus evdə daha əvvəl xadimə işləyib və pandemiya vaxtı işdən çıxıb. Lakin sonradan Rəşidə xanıma dəfələrlə zəng edərək, yenidən işə qayıtmaq istədiyini deyib və onu işə götürüblər. O, İrinanın evdə olarkən tez-tez iti gəzdirmək üçün çıxıb getdiyini, daha sonra ondan şübhələndiklərini və evdə saxladıqları çoxsaylı qızıl-zinət əşyalarının oğurlanmasını üzə çıxardıqlarını bildirib.


Kamil Şahverdi

İrina Vatolina barəsində başlanılmış cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Məhkəmədə təqsirləndirilən şəxs oğurluq əməlini inkar edib. O, evdən yalnız bijuteriya əşyalarını və istifadəyə yararsız bir neçə elektronika əşyasını götürdüyünü və daha sonra qaytardığını deyib. Kamil Şahverdi isə Rəşid Behbudovdan qalan və onlar üçün böyük əhəmiyyəti olan əşyaların qaytarılacağı təqdirdə İrinadan şikayətlərini geri çəkə biləcəklərini deyib.

İyulun 11-də məhkəmə prosesi başa çatıb. İrina Vatolina Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq müddətində polisin nəzarəti altında olan 42 yaşlı qadın məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, Kamil Şahverdi uzun illər Space TV-nin icracı direktoru, daha sonra isə baş direktoru olub. Həmçinin, o, Rəşid Behbudov Fondunun direktorudur. Rəşidə Behbudova isə xeyli vaxtdır yataq xəstəsidir və ev şəraitində müalicə olunur.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

12:06

Ərdoğan Əliyevi şəxsən dəvət edib

11:03

Bakıda kafedə kütləvi dava: ölən var

19:23

Batan gəmidəki azərbaycanlılar xilas edilib

19:11

Hava hücumuna görə Moskvada 4 aeroport bağlandı

13:37

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu ciddi mühafizə olunur

13:23

Üç türk respublikaları prezidentlərinin qızları bir arada

13:13

Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları keçib

12:27

Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı

13:54

Türkiyədə Azərbaycan kampaniyası bu faktı üzə çıxartdı

13:48

TƏBİB-in nazirliyə verilməsi nəyi dəyişəcək? - Yeni dövr başlayır

13:35

Bölgələrdə yağış yağacaq, dolu düşəcək

12:35

Farslar təhqir, “Traktor” imtina etdi

12:25

Fransada polis vəziyyətə nəzarəti itirdi

12:13

Direktorun maşınını yandıran daha bir nəfər saxlanıldı - VİDEO

12:01

Səhiyyə naziri işdən çıxarıldı, Baş nazirin müavini təyin edildi

11:56

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

11:45

Yeni səhiyyə naziri təyin edildi

14:20

"Sağlam düşüncə və qardaşlıq hüququ qorunmalıdır" - Fuad Oktay

13:56

Ağsu sakini Məşğulluq idarəsinin müdirindən Prezidentə şikayət etdi - VİDEOMÜRACİƏT

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}