Səbail bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynovun bəraət alması ilə bağlı qərardan protest verilib.Baş prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, prokuror hökmün işin faktiki halları ilə uyğun olmadığını hesab edir.
Qeyd edək ki, Ə.Hüseynova 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etmək, habelə, rəsmi sənədləri saxtalaşdırmaqla bağlı ittiham verilib.
İş Bakı Ağır Cinayətlər Məhəməsində araşdırılıb. Hakim Məhəmməd Əkbərovun sədrlik etdiyi hakimlər heyəti təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı əsası ilə bəraət hökmü çıxarıb.
Becan.az