Flora Kərimovadan sərt açıqlama: “Qanunlar burada çox vaxt işləmir, "tapşırıq" hökm sürür"

12:56 5.09.2023 1 372
Flora Kərimovadan sərt açıqlama: “Qanunlar burada çox vaxt işləmir, "tapşırıq" hökm sürür"

Uzun müddətdir müğənni Afət Fərmanqızı ilə qalmaqal yaşayıb, onu məhkəməyə verən Xalq artisti Flora Kərimova sükutu pozub.

Yenisabah.az xəbər verir ki, 83 yaşlı sənətçi haqqında səsləndirilən iddialara ümumi açıqlama verib:

"Bəziləri qarşı tərəfi situasiyadan çıxarmaq üçün deyir ki, mənə bu yaraşmır. Bəziləri məni istəyərək deyir ki, sən əsəbini, səhhətini belə şeylərə xərcləmə.

Ancaq mənim yerimə siz cavab vermirsiniz. Mənim yerimə siz əsəbləşmirsiniz, ailəmin namusunu qorumursunuz, övladlarımın gələcəyini düşünmürsünüz, mənim əvəzimə oğlumun namusundan nigaran deyilsiniz, sizə bunu demək asandır.

Mən anayam! Məndən başqa burada heç kəs yoxdur ki, ağzını açıb bir söz desin. Bilirsiniz ki, qanunlar da burada çox vaxt işləmir. Burada "tapşırıq" hökm sürür. O qədər canlarını qorxu alır ki, bir tapşırığa yox deyə bilmirlər.

Mənim işlərim həmin tapşırıqlarla idarə olunur. Demirəm meydanda tək qalmışam, göydə Allah, onun mənə verdiyi iradə, ağıl və sizlərin mənə olan dayağı bəsimdir!"

Xalq artisti müğənni Afət Fərmanqızına səslənib və onu hədələyib:

"Afət, yəni, mən o qədər savadsızam ki, bilmirəm məhkəmənin qərarı çıxmadan mülklərə həbs qoyulmur? Mən bunu bilərəkdən elədim, onu sən başa düşmədin. Mənə lazım idi biləm ki, sənin nəyin var, nəyin yoxdur. Bunu da bildim.

Afət, deyirsən ki, ekspertizaya imtina etdi... Sən bir sənədlərə bax! İnsanın dili başını daşdan-daşa vura bilər, öz qədərimizi özümüz yaradırıq.

Yalan danışmaq insan xislətidir. Öz uydurmalarına inanmaq isə bir başqa bədbəxlikdir.

Vicdanı olmayanın onurğası olmaz, qüruru olmaz, mənliyi olmaz! Varlığımı həzm edə bilməyib, çeynənmiş yalanlarınızı bir-birinizin ağzına tüpürməyiniz isə acizliyinizin göstəricisidir.

Hikkənlə öz cəsarətinin çatmadığı, başqa səhifələrdə sifarişlə bölüşdüyün həqarətlərinin, söyüş-təhqirlərinin, hər yalan ittiham və böhtanlarının hesabını verəcəksən!"
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:20

"Sağlam düşüncə və qardaşlıq hüququ qorunmalıdır" - Fuad Oktay

13:56

Ağsu sakini Məşğulluq idarəsinin müdirindən Prezidentə şikayət etdi - VİDEOMÜRACİƏT

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}