Müdafiə Nazirliyində 100 milyonluq yeyinti...

10:44 9.09.2023 1 533
Müdafiə Nazirliyində 100 milyonluq yeyinti...

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, həbsdə olan general-mayor Nizami Məmmədov məhkəmə qarşısına çıxarılıb. Onun işinə Bakı Hərbi Məhkəməsində baxılır.

"Azadlıq" radiosu bildirir ki, 100 milyon manata yaxın yeyintidə ittiham olunan general məhkəmə qarşısında tək deyil. O, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin keçmiş rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinə rəhbərlik etmiş Bayram Bayramov və bu idarənin zabiti Vüsal Əlizadə ilə birlikdə mühakimə olunur.

Bu cinayət işində ölkənin müdafiə sektorunda 100 milyonluq yeyintidən bəhs olunduğunu nəzərə alaraq, məhkəmə prosesini izləməyə bir sıra media orqanlarının nümayəndələri gəlib. Lakin onların heç biri məhkəmə zalına buraxılmayıb.

Məhkəmənin hazırlıq iclasında isə təqsirləndirilən şəxslərdən Bayram Bayramovun vəkili deyib ki, müdafiə prosesinə yeni qoşulub, cinayət işinin materiallarıyla tanış ola bilməyib. Bu üzdən vaxt istəyir. Vəkilin istəyi nəzərə alınıb, general və digərlərinin məhkəməsi bir həftəlik təxirə salınıb.

General Məmmədov və digərləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Bu cinayət işi üzrə araşdırmalar da DTX-nın İstintaq Baş İdarəsində aparılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Məlumata görə, mənimsənildiyi iddia olunan 100 milyon manata yaxın vəsaitin bir hissəsi (təxminən 40 milyon manat) istintaq dövründə ödənilib.


Adları çəkilən təqsirləndirilən şəxslərdən əlavə, Müdafiə Nazirliyinin bir sıra başqa vəzifəliləri də həbs olunmuşdu. Onların arasında nazirliyin Mənzil İstismar İdarəsinin rəisi olmuş Fikrət Mirzəyev, Satınalmalar və Təchizat İdarəsinin keçmiş rəisi Məlikməmməd Qurbanov və ondan əvvəl bu vəzifədə çalışmış Mahir Şirvanov var. Adları çəkilən üç nəfərin məhkəməsi avqustun 31-də başlayıb. Onlar da külli miqdarda mənimsəmədə ittiham olunurlar.

Cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən polkovniklər Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun qanunsuz tapşırıqlarını yerinə yetiriblər.

Məhkəmənin hazırlıq iclasında vəkillərdən biri də bu məsələyə toxunub:

“İttihamda göstərilib ki, hüquqlarını müdafiə etdiyim şəxs digərlərilə əlbir olub, keçmiş Baş Qərargah rəisinin qanunsuz tapşırıqlarını yerinə yetirib. Amma həmin şəxs nə istintaqa cəlb edilib, nə də ifadəsi alınıb….”

Hakim isə bu məsələyə münasibət bildirməyib. Deyib ki, bu, məhkəmənin hazırlıq iclasında baxılıb münasibət bildiriləsi məsələ deyil.

Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

12:20

İlk rübün bahalaşan və ucuzlaşan məhsulları - SİYAHI

10:38

TƏBİB-in yeni icraçı direktoru vəzifə islahatlarına başladı

10:21

ABŞ-İran nümayəndə heyətləri Pakistanda görüşəcək - 2-ci raund

09:37

Estoniya Rusiyadan hücum gözləmir, amma...

13:34

On milyon ton taxılın sorğu-sualı... - Baş Prokurorluqda dindirilmə

13:22

Heyvan idxalı azalıb: Ət yenə bahalaşacaq?

12:41

Netanyahudan İranla bağlı açıqlama: "Bu, son deyil..."

12:09

Əli Əsədovla bağlı suala Elmar Məmmədyarovun cavabı

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO