“Elə danışırsınız ki, guya Azərbaycanda yaşamırsınız...“ - deyən icra başçısının VARİDATI

20:47 18.09.2023 2 366
“Elə danışırsınız ki, guya Azərbaycanda yaşamırsınız...“ - deyən icra başçısının VARİDATI

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev yenidən cəmiyyətin və mətbuatın maraq dairəsinə düşüb. 2012-ci ildən bəri Sabunçuya rəhbərlik edən Vəliyev bu dəfə gözlənilməz etirafları ilə gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, 11 ilin icra başçısı "Xural" TV-nin rəhbəri Əvəz Zeynallının ötən həftə keçirilən məhkəmə iclasında ifadə verərkən səlahiyyət həddini aşdığını etiraf edib. Bunu xatırladanlara isə "Elə danışırsınız ki, guya Azərbaycanda yaşamırsınız..." - deyərək, reaksiya verib. Məlum açıqlaması ilə diqqəti üzərinə çəkən A.Vəliyev həm də fəaliyyətinin hərtərəfli təftiş edilməsinə rəvac verib.

Qeyd edək ki, Adil Vəliyev ölkənin ən varlı məmurlarından biri sayılır. Onun sahib olduğu "biznes imperiyası"nın sərhədlərini müəyyənləşdirmək mümkün deyil.

"Yeni Sabah" sözügedən icra başçısının və ailə üzvlərinin sahib olduqları əmlakın bir qismini açıq mənbələrdə yayılan informasiyalar hesabına müəyyənləşdirə bilib. Həmin siyahını təqdim edirik:

1. "Sarı gəlin" şadlıq sarayı;

2. "AQAT" şadlıq sarayı;

3. "Bakıxanov Rezidens" yaşayış kompleksi;

4. "Volkswsvagen", "Porche", "Audi", "Seat" avtomobil markalarının ölkəmizdə rəsmi dileridir. Bu markaların satıldığı bütün mərkəzlər Adil Vəliyevə məxsusdur;

5. Binalara üzlüklər çəkən şirkət ("AQAT");

6. "Azəravtoyol"un bütün tenderlərində qalib olan şirkətlər (Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Goradil, Novxanı, Saray, Corat yolunu (39,6 km) A.Vəliyevin şirkətləri çəkib.


Bundan başqa:

- Bakı şəhəri, Nəsimi rayonu, Babək prospekti 37 ünvanında 0.2921 ha torpaq sahəsi, 1598.30 kv/m daşınmaz əmlak olan qeyri yaşayış binası - 2019-cu ildən.

Həyat yoldaşının adına sənədləşən əmlaklar:

- Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5080C saylı 0.16 ha bağ sahəsi - 2021-ci ildən;

- Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, b-31, 307-ci məhəllə, m.2 ünvanında yerləşən 237.20 kv/m olan mənzil - 2020-ci ildən;

- Bakı şəhəri, Nərimanov rayonu, Etibar Qocayev küçəsi, 17 ünvanında, 0.0783 ha torpaq sahəsi, 1094.50 kv/m daşınmaz əmlakın ümumi sahəsi olmaqla, fərdi yaşayış evi - 2021-ci ildən;

- Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 102 ünvanında 0.0820 ha torpaq sahəsi - 2018-ci ildən.

Oğlunun adına sənədləşən əmlaklar:

- Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ə.Rəhimov küçəsi, 17F ünvanında 0.6150 ha torpaq sahəsində olmaqla, 301.20 kv/m ümumi sahəsi olan fərdi yaşayış evi - 2021-ci ildən;

- Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5080G saylı 0.16 ha bağ sahəsi - 2021-ci ildən;

- Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 0.16 ha 892 saylı bağ sahəsi. 2021-ci ildən.

- Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 139 ünvanında 0.59 ha torpaq, 9.10 kv/m qeyri yaşayış binası- 2019-cu ildən;

- Sabunçu rayonu, Bəşir Bünyatov küçəsi, 246 ünvanında 0.7173 ha torpaq sahəsi - 2021-ci ildən (satılıb).

Qızının adına sənədləşən əmlaklar:

- Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5080X saylı 0.16 ha.

Adil Vəliyevə məxsus olan maşınlar:

- Xidməti maşın AUDİ A8 (10-AA-818);

- Adil Vəliyevin şəxsi maşını Porsche Panamera Turbo (10-AA-078). Qiyməti 200.000 AZN.


A.Vəliyevin oğlu Ənvər Vəliyevin maşın qarajı:

– 2014-cü ildə oğlu Ənvər qiyməti 250.000 AZN olan “PORSCHE 911Turbo S” markalı maşın sürürdü. Ona məxsus olan 10-YY-078 dövlət qeydiyyat nömrəsi ilə;

– 2015-ci ildə oğlu maşınını dəyişir və qiyməti 150.000 AZN olan “PORSCHE 911” markalı maşın sürür. Ona məxsus olan yeni 10-AL-078 dövlət nömrəsi ilə;

– 2018-ci ildə oğlu Ənvər özünə 450.000 AZN (yarım milyonluq) Ferrari Berlinetta alır. Yeni maşının yeni nömrəsi var – 10-FF-078;

– 2021-ci ildə biz icra başçısının oğlunu Bakıya təzə gətirilmiş, qiyməti 500.000 AZN olan FERRARi Berlinetta F12-də görürük. Və bu dəfə də yeni maşın yeni nömrə ilə 10-OO-078.


Adil Vəliyevin oğlu Ənvər Ənvərlinin də “kiçik biznesi” var. Onun tikdirdiyi yaşayış binaları:

- Bakıxanov Rezidens A;

- Bakıxanov Rezidens B;

- Bakıxanov Rezidens 1;

- Bakıxanov Rezidens 2;

- Bakıxanov Rezidens 3;

- Fireland;

- Fireland2;

- Ramana Rezidens;

- Brillians Rezidens 1;

- Brillians Rezidens 2;

- Bakıxanov Zəfər1;

- Koroğlu Rezidens.

Şirkətlər:

- Əfəndilər Group;

- Əfəndilər MMC;

- Euro Style LTD. MMC;

- "Yeni Sabunçu" Mənzil Tikinti Kooperativi;

- "Yaşıl Construction" Mənzil-Tikinti Kooperativi;

- "Bərgüşad-Ş" Mənzil-Tikinti Kooperativi;

- Cafe Cayenne.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

12:06

Ərdoğan Əliyevi şəxsən dəvət edib

11:03

Bakıda kafedə kütləvi dava: ölən var

19:23

Batan gəmidəki azərbaycanlılar xilas edilib

19:11

Hava hücumuna görə Moskvada 4 aeroport bağlandı

13:37

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu ciddi mühafizə olunur

13:23

Üç türk respublikaları prezidentlərinin qızları bir arada

13:13

Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları keçib

12:27

Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı

13:54

Türkiyədə Azərbaycan kampaniyası bu faktı üzə çıxartdı

13:48

TƏBİB-in nazirliyə verilməsi nəyi dəyişəcək? - Yeni dövr başlayır

13:35

Bölgələrdə yağış yağacaq, dolu düşəcək

12:35

Farslar təhqir, “Traktor” imtina etdi

12:25

Fransada polis vəziyyətə nəzarəti itirdi

12:13

Direktorun maşınını yandıran daha bir nəfər saxlanıldı - VİDEO

12:01

Səhiyyə naziri işdən çıxarıldı, Baş nazirin müavini təyin edildi

11:56

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

11:45

Yeni səhiyyə naziri təyin edildi

14:20

"Sağlam düşüncə və qardaşlıq hüququ qorunmalıdır" - Fuad Oktay

13:56

Ağsu sakini Məşğulluq idarəsinin müdirindən Prezidentə şikayət etdi - VİDEOMÜRACİƏT

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}