Həbsdə olan Bəxtiyar Hacıyev oktyabrın 11-də aclığı dayandırıb.Bu barədə "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib.
"Hüquq müdafiəçilərinin, ailə üzvlərinin, dostlarının xahişini nəzərə alaraq, aclığı dayandırdığına görə, Hacıyevə təşəkkür edirəm. O, bundan öncə də uzun müddət aclıq edib, orqanizmi zəifdir, yenə aclığı davam etdirsə ciddi fəsadlar yarana bilərdi", - Səfərov qeyd edib.
Bəxtiyar Hacıyev oktyabrın 2-də məhkəmə onun barəsində həbs qəti-imkan tədbirinin müddətini daha 3 ay uzatdıqdan sonra aclıq elan edib. Müdafiə tərəfi məhkəmənin qərarının qanunsuz olduğunu, qanunla müəyyən edilmiş maksimum istintaq müddətini pozduğunu bildirib.
Becan.az