Bəxtiyar Hacıyev onun haqqında yayılan materialların saxtalaşdırıldığını bildirib

21:40 9.03.2023 1 430
Bəxtiyar Hacıyev onun haqqında yayılan materialların saxtalaşdırıldığını bildirib

İnsan hüquqları fəalı Bəxtiyar Hacıyev martın 7-də Penitensiar Xidmətin Müalicə müəssisəsindən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. O, təcridxanada ümumi kamerada saxlanılır. Bu barədə vəkil Rövşanə Rəhimli bildirib.

Vəkil Hacıyevin səhhəti ilə bağlı danışarkən deyib ki, o, hazırda reabilitasiya dövründədir, səhhəti yaxşılaşmağa doğru gedir, çəkisində artım var.

Son günlər sosial şəbəkələrdə Bəxtiyar Hacıyevin şəxsi fotoşəkilləri və yazışmaları yayılıb. Bununla bağlı vəkil deyib ki, Hacıyev onun şəxsi həyatı ilə bağlı yayılan məlumatların çoxunun saxta olduğunu iddia edir.

"O, nə baş verdiyini tam başa düşə bilmir. Bununla bağlı çox böyük narahatçılıq, stress keçirir. Onun dediyinə görə, hətta, bununla bağlı REAL televiziyası veriliş hazırlayıb. O, məyusluq hissi keçirdi, dedi ki, bu tamam doğru olmayan hərkətdir. Hacıyev belə başa düşür ki, bunlar, yəni yazışmalar, digər materiallar on il bundan əvvələ aiddir. Orada çox mütləq şəkildə montajlar və əlavələr var. O, bunu ilkin olaraq peqasusla ("peqasus" - casus proqramı-red.) əlaqələndirdi, yəni peqasus vasitəsi ilə götürüldüyünü güman edir", - deyə, vəkil, Bəxtiyar Hacıyevə istinadən bildirib.

Rəhimli bildirir ki, yayılan materallarla bağlı vəkillər iş aparır.: "Güman edirəm ki, yaxın zamanda müsbət nəticələr əldə edəcəyik".

Vəkillər yayılan materialların araşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarına, o cümlədən, prokuroluq orqanlarına müraciət edib.

İndiyədək rəsmi qurumlar Hacıyevin şəxsi məlumatlarını sosial şəbəkədə kimin yerləşdirdiyi haqqında suala cavab və buna hüquqi qiymət verməyib.

Martın 1-də Daxili İşlər Nazirliyi Bəxtiyar Hacıyevin şəxsi məlumatlarının yayılmasında istintaq orqanının əlinin olması ilə bağlı iddiaları təkzib edib.

"O, vəkili ilə birgə məhkəməyə aparılıb, məhkəmə qərarından sonra Bakı İstintaq Təcridxanasına köçürülüb. Onun şəxsi əşyalarına baxılması və yaxud köçürülməsi ilə bağlı iddiaları qəti olaraq təkzib edirik", - deyə, Daxili İşlər Nazirliynin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

Hacıyevin şəxsi hesablarından ayrı-ayrı ictimai fəallarla bağlı yayılan məlumatlar - görüntülər və yazışmalarla bağlı şöbə rəisi bildirib ki, bu məlumatların haradan, necə qaynaqlandığı, Bəxtiyar Hacıyevin onlara məxsus məlumatların arxivləşdirilməsi ilə bağlı bir neçə qadından və onların ailə üzvlərindən şikayət xarakterli müraciətlər daxil olub.

"Həmin müraciətlər üzrə müvafiq araşdırmalar aparılır", - deyə, o, qeyd edib.

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib ki, rəsmi qurumlar həbsdə olan vətəndaşın şəxsi məlumatının yayılmasının qarşısını almaq üçün araşdırmaya başlamalıdır.

Hüquq müdafiəçisinin sözlərinə görə, bu halda zərər çəkən təkcə Bəxtiyar deyil, həm də nüfuzu və ailələrinin rifahı zərbə altında olan bir çox digər insanlar var:

"Bəxtiyar dekabrdan etibarən həbsdədir, o, necə internetdə nə isə yaya bilərdi? Onun şəxsi məlumatları oğurlanıb və məhz onun nüfuzdan salınması məqsədilə yayılıb".(turan.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}