İranda daha 6 məhbus edam edilib.
Xəbər verilir ki, dünən Kərəc şəhərinin Qızılhisar həbsxanasında saxlanılan 6 məhbus dar ağacından asılıb.Məlumata görə, edam edilən məhbuslar
“qəsdən adam öldürmə, narkotik maddələrin qanunsuz dövriyyəsi və təcavüz”də ittiham ediliblər.
Qeyd edək ki, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman bir müddət öncə İranda edamların artmasını narahatedici adlandıraraq deyib:
“Ötən il ən azı 582 nəfər edam edilib. Həmin məhbuslardan 256 nəfəri narkotik cinayətində ittiham edilib və edam göstəriciləri 2021-ci illə müqayisədə daha yüksəkdir”.Becan.az