Baş redaktordan: Bacardıqlarımız! Məqsədlərimiz! Ümidlərimiz!

00:06 1.01.2023 2 576







Seymur ƏHMƏD









“Jurnalistlərin xəbər kimi təqdim etdikləri informasiya dürüst, rəy kimi təqdim etdikləri informasiya isə vicdanlı olmalıdır. Bu formula kiminsə xoşuna gəlib, kimisə kədərləndirə bilər, lakin əsl jurnalistikanı başqa şeylərdən, o cümlədən “çirkablı” informasiya texnologiyalarından fərqləndirən də məhz budur.”

İyirmi ildi mətbuat sahəsində çalışıram. Onun on ilini birbaşa mətbuat ocağında – Azərbaycan Nəşriyyatında keçirmişəm, yerdə qalan hissəsini paytaxtdan kənarda – rayonda olmaqla, müəyyən mediya nümunələri ilə əməkdaşlıqla ötürmüşəm. Yazılı mətbuatın, demək olar, bütün sahələrində əmək sərf eləmişəm. Ciddi mətbuatın aparıcı, ünlü jurnalistləri ilə eyni redaksiyalarda qələm çalmışam və onlardan öyrəndiyim peşə bacarıqlarımı özümdən sonra gələnlərlə bölüşməyi əsirgəməmişəm. Yazılarımda bacardığım qədər dürüst, vicdanlı və həm də qəti mövqe tutmağa çalışmışam, nə qədər nail olmuşam, bilmirəm. Onu bilirəm ki, bir qarnı ac, bir qarnı tox, bu günlərə gəlib çıxmışam və peşiman da deyiləm! Yenə əvvəlki kimi olmağa çalışacam!..
Paytaxtdan – perspektivdən kənarda qalmağıma üzülmürəm, sakitlik, ruh dincliyi, məncə, əsasdı. Ancaq hiss eləyirəm ki, ən çox kokləndiyim peşədən kənarda qalmağı da bacarmıram. Bu baxımdan, xeyli düşündüm-daşındım, fikirləşdim, həm də gördüm ki, mətbuatda olduğum qədər, başqa sahələrdə gərəkli ola bilmirəm. Yıxıldım-söküldüm-töküldüm, bir sayt ərsəyə gətirdim(gec də olsa). Dedim, sayt olaraq, həm, - imkan tapacağımız qədər, - bilib-biləcəklərimizi, görüb-görəcəklərimizi paylaşmağa, həm də bölgədəki dərdlilərin dərdlərini, olduğu kimi, yazmağa bir tribuna olsun...
Demirəm şəhərlərdə dolanışıq, sosial inkişaf, iqtisadi bərabərlik, idarəçilik prinsipləri və s. ideal səviyyədədi, ancaq bölgələrdə əksər sahələrdə vəziyyət ürəkaçan deyil. Yerli məmurların çoxu rayonları sanki özlərinin pay mülkləri sanır və elə də idarə eləyirlər. Şikayətlər bu qulaqdan alınır, o biri qulaqdan yola salınır. Problemlər yerində həll olunmadığından məktublar paytaxta – dövlətin ali rəhbərliklərinə ünvanlanır, ancaq çox vaxt həmin məktublar yenidən rayon rəhbərliklərinə qaytarılır ki, problemləri həll eləsinlər. Əslində, elə də olmalıdı. Lakin!.. Lakin nəticədə: cəmiyyətin imtiyazlı şəxsləri öz haqlarını əldə eləməkdə çətinlik çəkirlər; kəndlilər torpaqdan səmərəli istifadə eləyə bilmirlər; getdikcə işsizlərin, bunun da fonunda oğurluğun, dilənçiliyin, qanunsuz alverlərin sayı artır; təhsilin göstəriciləri yalnız repititorların, pullu kursların ümidinə qalıb; imkansız xəstələr sağalmaz dərdlərə düçar olurlar!.. Görülən işlər inzibati tikintilərdən və bəzəksayağı təmirlərdən ibarətdi, o da dövlət sayəsində!..
Nə isə... Ümummilli problemlər çoxdu. Gücümüz çatdığı qədər, mövcud problemləri həm ictimaiyyətin, həm də ali idarəçiliklərin diqqətinə çatdırmaq niyyətindəyik. Devizimiz “Millət! Dövlət! Elm!”dir. Fəaliyyətimizi də bu istiqamətə kökləyəcəyik. Ümumi informasiya bazalarından istifadə eləməklə yanaşı, həm də araşdırma, müsahibə, köşə yazıları, elm, təhsil, səhiyyə, kənd təsərrüfatı, sosial və digər sahələrlə bağlı özəl tənqidi və təqdiri yazılarla oxucuların xidmətinə gəlmək amacındayıq. Onlayn qəzet olaraq, dövlət qanunlarına və jurnalistlərin peşə etikası kodeksinə sadiq qalacağımızı bəyanlayırıq. Saytın adının “BECAN.AZ” olması barədə isə tək açıqlama verə bilərəm: tarixi köklərdən qaynaqlanır!
Beləliklə, həm oxucularımıza, həm də “BECAN.AZ” kollektivinə və əməkdaşlarına uğurlar arzulayaraq, çətin və şərəfli yola çıxırıq!
Allah yardımçımız olsun!
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}