Bu gün səhər saatlarında Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin vertolyotu Brovarıda qəzaya uğrayıb.
Bu barədə Sputnik.az məlumat yayıb.
Ukraynanın daxili işlər naziri Denis Monastırski helikopter qəzasında həlak olub. Hadisə nəticəsində, həmçinin daxili işlər nazirinin müavini Yevgeni Yenin və dövlət katibi Yuri Lubkovi də həlak olublar.
Helikopter qəzasında ümumilikdə ikisi uşaq olmaqla 16 nəfərin öldüyü bildirilib.
Bundan əvvəl Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Oleksiy Kuleba Brovarıda uşaq bağçası və yaşayış binalarının yaxınlığında helikopterin qəzaya uğraması barədə məlumat vermişdi. Bağçanın işçiləri və şagirdləri təxliyə edilib.
Becan.az