Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Şükür Fərəməz oğlu Babayevə yeni vəzifə verilib.
Xəbər verilir ki, müvafiq əmrlə Şükür Babayev Naxçıvan Lift Xidmətinin rəisi təyin olunub.
Buna qədər sözügedən idarəyə Mehman Beytulla oğlu Sadıqov rəhbərlik edib.
Qeyd edək ki, Şükür Babayev 26 iyun 2006-cı ildə Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. O, 21 dekabr 2018-ci ildə vəzifəsindən azad edilib.(Qaynarinfo)