Alver predmetinə çevrilmiş diplom haqqında nağıl

11:13 1.01.2023 1 553

Alver predmetinə çevrilmiş diplom haqqında nağıl




Rövşən Şiralıyev









Yalançılıq - saxtakarlıq elə insanın özü qədər qədimdi və zaman keçdikcə, insanlar artıqca onun da əhatə dairəsi böyüdü. Bu böyümədə, hətta, yalançı - saxta təhsil sənədləri də ortaya çıxdı... Buna səbəb nə idi?.. Səbəbi bir az uzaqlara boylanıb, bugünlərədək qısaldılmış xatırlatmalarla ərz eləyək.
XX əsrin əvvəllərində rəhmətlik Tağıyevin qız məktəbi açması çox böyük çətinliklərlə başa gəlmisdi. Oğlanlar isə Rusiyada, Avropada təhsil alırdılar. Prof. Ədalət Tahirzadənin araşdırmalarından aydın olur ki, 1920-ci ilə kimi Rusiya ali məktəblərində Azərbaycandan olan 1000-ə yaxın oğlan ali təhsil almışdı. (Avropa təhsillilərinin miqdarı bu saya daxil deyil.) Get-gedə, təhsilli insanlarla savadsız insanların dünya görüşləri arasında təzadlar cücərməyə başladı. Təhsilli oğlanlar azərbaycanlı qızlarla ailə qurmaqdan imtina etdikcə, valideynlər reallıqla barışıb, qız uşaqlarını məktəblərə qoymaq yoluna meylləndilər. Bu barədə dövrün görkəmli ziyalıları da - H.Zərdabi, M.Cəlil, M.Ə.Sabir, Y.V.Çəmənzəminli, Ə.Haqverdiyev, Ü.Hacıbəyov və s. - məqalələr, bədii əsərlər yazmışlar...
Sovet dövründə isə təhsil bütün cəmiyyəti əhatə edirdi və qadınlar dövlət idarələrində, fabrik-zavodlarda, təsərrüfatlarda işləyirdilər... Keçən əsrin 50-60-cı illərində, artıq, qızlar ali məktəblərdə təhsil alanların sırasında geniş yer tuturdular. Bu zamanlarda ali təhsilli qızlar daha asan ailə qururdular, təhsilsizlər isə arxa planda qalırdı . Valideynlər, artıq nəyin bahasına olursa-olsun, qızlarına ali təhsil verməyə çalışırdılar. Nəticədə, bu proses rüşvətin təhsil sistemində çiçəklənməsinə böyük təkan verirdi. Təhsildə rüşvətin artmasına başqa bir səbəbsə 70-ci illərdən sonra qohumbazlığın, yerliçiliyin idarəetmə sisteminə gəlməsi oldu. Bacarığı, uyğun təhsili olmayanlar vəzifə xatirinə diplom almaq üçün müxtəlif yollara baş vururdular. O zaman kənd təsərrüfatı sahəsində işləyən rəhbər vəzifəlilər Gəncə Kənd Təsərrüfatı İnstituna "daxil olub", ikinci ali təhsil alırdılar. Artıq burjuaziya səviyyəsinə qalxmış sədrlər, direktorlar təhsil prosesində iştirak etmədən diplom alırdılar. Eyni proseslər digər ali məktəblərin qiyabi şöbələrində də tüğyan etməyə başladı... Beləliklə, kimisi qızını diplomlu ərə vermək, kimisi oğluna təhsilli qız almaq, kimisi də vəzifə xatirinə saxta diplom almağın yolunu “asanlaşdırdılar”.
Müstəqillik illərində, xüsusilə də özəl ali məktəblərin açılmasından sonra, yalançı - saxta diplomlar əldə etmək bazardan təmiz kərə yağı almaqdan da asan oldu: bir qrup möhtəkir diplom satıb, pul qazandı; bir para “səxavət sahibi” isə saxta diplom girəvələyib, asanca vəzifə “qapazladı”... Ara yerdə quyuya düşən, əlbəttə ki, Dövlət və Xalq oldu!.. Beləcə, “başsız bədənlər” başından basılan başlılara başçılıq etmək mərtəbələrini zəbt etdilər.
Elə bu məqamda, göydən 3 diplom düşdü: birini qız evi, birini oğlan evi, birini də kəbin kəsən qamarldı!
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}