Tarixini bilməyənin gələcəyi qaranlıq olar

11:06 1.01.2023 3 188
Göytürk Xaqanlığı (552-744)
Tarixini bilməyənin gələcəyi qaranlıq olar

Göytürk Xaqanlığı və ya Türk Xaqanlığı – 552-744-cü illərdə fasilələrlə Mərkəzi Asiya və Çinin bir hissəsinə hökmranlıq etmiş türk dövləti! Adı müxtəlif mənbələrdə - Bilgə Kağan və Gül Tigin yazılarında “Türük”, “Gök Türük” və azlıq tərəfindən qəbul olunmuş yanaşmaya görə ”Ökük Türük”, Tonyukuk yazılarında isə “Türk” şəklində xatırlanmaqdadır. Göytürklərdən Çin mənbələrində “Tukyu” şəklində bəhs olunur.Türk xaqanlığının baniləri Bumın və İstəmi qardaşları olmuşdur.

Şimali Krım və Qafqaz da daxil olmaqla, Çin ərazilərindən Bizans imperiyasınadək torpaqlar Türk xaqanlığına daxil idi. Xaqanlığın mərkəzi Orxon çayı (Monqolustan) hövzəsində yerləşirdi. VII əsrin əvvəllərində Türk xaqanlığı bir-biri ilə savaşmağa başlayan Qərbi Türk xaqanlığına və Şərqi Türk xaqanlığına parçalandı. Qərbi Türk xaqanlığı qüdrətli dövlətə çevrildi. Sasanilər və Bizans imperiyaları onunla hesablaşmağa və ittifaqa girməyə çalışırdılar. Qərbi Türk xaqanlığı İstəminin oğlu Datou xaqanın hakimiyyəti illərində özünün ən yüksək çiçəklənmə dövrünə çatdı. O, Qara dənizin şimal sahili çöllərində uğurlu müharibələr aparır, Sasanilərə qarşı müharibədə Bizans imperiyasına kömək edirdi. Şərqi Türküstana yürüşə çıxan Datou, onu tutub, öz ərazilərinə birləşdirdi.

634-cü ildə Qərbi Türk xaqanlığında inzibati islahat keçirildi və o, on "ox"a (hissəyə) bölündü. Hərbi yürüşlərdən əldə edilən çoxlu qənimət, tabe olunmuş tayfalardan alınan xərac, xaqanlığın ərazisindəki karvan yollarından götürülən gömrük gəliri onu kifayət qədər zəngin dövlətə çevirdi. Arxeoloqlar türk əyanlarının qəbirlərindən qızıl və gümüş silah, bəzək əşyaları, çox sayda çeşidli at yüyənləri aşkar etmişlər. Həmin dövrdə döyüşçülərin şərəfinə kvadrat formalı, daşla əhatəli xırda anma "məbəd"ləri inşa edilirdi. Dairənin içərisində ölmüş döyüşçünü təsvir edən heykəl, runa yazılı stelalar və onun öldürdüyü düşmənləri bildirən otuz-qırx dənə qaya parçası qoyarmışlar. 639-cu ildə Qərbi Türk xaqanlığı Dulu və Nuşibi adı ilə iki yerə parçalandı. Zəifləmiş Qərbi Türk xaqanlığının Asiyadakı torpaqlarının bir hissəsi tezliklə ərəblər tərəfindən zəbt olundu. Qərbi Türk xaqanlığının yerini sonradan Xəzər xaqanlığı tutdu. Şərqi Türk xaqanlığı isə 745-ci ildə uyğurlar tərəfindən ələ keçirildi.

“Türk” sözünə ilk dəfə Göytürklər dönəminə aid Orxon abidələrində rast gəlinmişdir. Göytürk xaqanlığı həmçinin adında “Türk” sözü işlənən ilk dövlətdir. Dövlətin qurucusu və ilk öndəri Bumın xaqandır. Bumın xaqanın qardaşı İstəmi yabqu ölkənin qərb qolunu idarə edirdi. Göytürk xaqanlığı Çin, Sasani və Bizans ilə hərbi, siyasi və iqtisadi əlaqələr qurmuşdu...


Adının mənşəyi
Göytürk xaqanlığı tarixdə ilk dəfə adında “Türk” sözünü işlədən dövlət olduğu üçün mühüm önəmə sahibdir. Adının mənası ilə bağlı müxtəlif mübahisələr vardır. Göytürk xaqanlığı haqqında yazılı mənbələrdə barəsində Türk xaqanlığı olaraq bəhs edilir. Göytürk sözünün isə Orxon abidələrindəki “ÖkÜk”, “Türük” sözündən törədiyi və tələffüzünün sadələşdirilməsi üçün “Göytürk” şəklində qəbul olunduğu iddia olunur. “Göytürk” sözündəki ilk hissəciyinin “gök” və ya “ökük” olaraq qəbul edilməsinin, müvafiq olaraq, səmavi və ya dini məna daşıdığı ehtimal olunur. “Türk” sözünün mənası ilə bağlı da bir sıra variantlar vardır. “Türk” sözünə yaxın ifadələrə Qədim Roma və Çin mənbələrində rast gəlinir. I əsrdə Pomponi Mela və Böyük Plini Azovun şərqində yaşayan insanlardan “Turcae”, “Tyrcae” olaraq bəhs edir. Çin mənbələrində “T’ieh-lê”, “T’u-cüeh”, “Ting-ling” şəklində istifadə olunan ifadələrin də “Türk” sözünü bildirdiyi düşünülür. Orxon abidələrində isə “türk (𐱅𐰇𐰼𐰚)” və ya “türük (𐱅𐰇𐰼𐰜)” olaraq xatırlanır. X əsrə aid uyğur yazılarında “türk” sözü "güc", "qüvvə" mənasında işlənilir. A.Vemberiyə görə, “türk” sözü “törəmək” sözü ilə eynimənalı olub, “törəyən”, “çoxalan” mənasına gəlir. Ziya Göyalpa görə, “türk” sözü “törəli” sözü ilə eynimənalı olub, “qanun sahibi” mənasını bildirir. Mahmud Kaşğari isə “türk” adının türklərə Tanrı tərəfindən verildiyini qeyd edərək, sözün "gənclik", "qüvvə", "qüdrət" və ya "yetkinlik" mənalarında işləndiyini qeyd edir...
(Ardı var)

BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}