Tavuş və Qazax arasındakı ərazidə sərhədin delimitasiyası prosesi texniki cəhətdən başa çatıb.Xəbər verilir ki, bunu Ermənistan parlamentinin Müdafiə komissiyasının sədri Armen Xaçatryan "Azatutyun"a müsahibəsində bildirib.
“Texniki baxımdan tamamlama o deməkdir ki, Ermənistan-Azərbaycan sərhədinin keçdiyi hissə Almatı bəyannaməsinə uyğun olaraq müəyyən və təsdiq edilib. Yəni, bu sütunlar Sovet Ermənistanı ilə Sovet Azərbaycanı sərhədindəki keçid məntəqələrində quraşdırılıb”, - deyə, Xaçatryan qeyd edib.
Becan.az