Ermənistan Baş naziri Nikol Paşinyan 1991-ci il Almatı Bəyannaməsi əsasında Azərbaycan və Ermənistanın sərhəd xəttinin çəkilməli olduğu barədə aylardır təkrarladığı mövqeyinə aydınlıq gətirib.Bu barədə Paşinyan Tavuş bölgəsinə səfəri zamanı Azərbaycanın 4 anklav olmayan kəndi tələb etməsi haqda danışarkən deyib.
O bildirib ki, Almatı Bəyannaməsinə istinad sərhədin sıfırdan çəkilməsinə qarşı əsasdır:
“Almatı Bəyannaməsini əsas götürməyimiz o deməkdir ki, sərhədi sıfırdan çəkməməliyik”.
Paşinyan qeyd edib ki, əgər sərhədlərin yenidən çəkilməsi məntiqinə girsək, bütün sərhədlərimizi itirəcəyik.
Becan.az