"Yaşı 70-i ötmüş bütün deputatları güllələmək lazımdır" - Parlament "gəncləşəcək"?

13:29 14.05.2024 1 512
"Yaşı 70-i ötmüş bütün deputatları güllələmək lazımdır" - Parlament "gəncləşəcək"?

Son günlər gündəmi zəbt edən əsas mövzulardan biri də Azərbaycanda yeni parlament seçkilərinin nə vaxt keçiriləcəyidir. Yayılan məlumatlar bu prosesin çox da uzaqda deyil, yaxın 2-3 ay ərzində baş tutacağını söyləməyə əsas verir.

İddialara görə, hakimiyyət yeni parlamentin daha gənc və dinamik şəxslərdən formalaşmasında maraqlıdır. Ona görə də hakim partiyanın siyahısının xeyli "gəncləşəcəyi" gözlənilir.

Belə ki, yaşı 70-i ötmüş, hamısı olmasa da, bir çox köhnə simaların deputat mandatı ilə vidalaşacağı da iddialar sırasındadır.

Xəbər verilir ki, millət vəkili Vahid Əhmədov yenisabah-a açıqlamasında bildirib ki, dünya təcrübəsində belə ənənə yoxdur:


“Bu xəbərlər qeyri-rəsmidir, günlərdir ki, bu barədə mətbuat yazır. Mətbuatın yazdığı, rəsmi olmayan iddialarla bağlı nə isə demək olmaz. Mənim bu haqda məlumatım yoxdur.

Deputat olmaq üçün yaş o qədər də əhəmiyyət kəsb etmir. Dünyada belə bir təcrübə yoxdur, mən buna rast gəlməmişəm. Əsas odur ki, deputat olmaq istəyən şəxs seçkilərdə səs toplaya bilsin, seçicilərlə işləməyi bacarsın. Onların problemlərinin həllinə kömək etsin, deputatın əsas işi budur. Mən də əlbəttə ki, cavanlaşmanın tərəfdarıyam. 2020-ci il parlament seçkilərində Milli Məclisə xeyli cavanlar gəldi. Onların arasında hörmət etdiyim kifayət qədər insan var, amma yaşlılara da ehtiyac var, çünki onlar təcrübəlidirlər. Yazılan iddiaların gerçək olub-olmayacağını isə zaman göstərəcək. Bu barədə hələ ki, Mərkəzi Seçki Komissiyasının qərarı yoxdur. Hər şey bundan sonra məlum olacaq.

Mən özüm isə bu dəfə nazmizədliyimi irəli sürüb-sürməyəcəyim barədə hələ ki, qərar verməmişəm”.


Millət vəkili Aqil Abbasın səsləndirilən iddialara reaksiyası isə ironik olub:


“İçində mən olmaq şərti ilə yaşı 70-i ötmüş bütün deputatları bir yerə yığıb güllələmək lazımdır. Deputatı xalq seçir, bu seçimdə yaşa fikir verilmir. Mən də istəyərəm ki, parlamentə gənclər gəlsin, amma onları xalq seçir. Seçici deputatın yaşına, başına, savadına baxmır. Bunu xalqdan soruşmaq lazımdır ki. 70-dən yuxarı yaşı olanları seçəcəksiniz, ya yox? Dünya təcrübəsində də belə bir şey yoxdur.

Görünür, bəzi adamların qocaman deputatlardan - yaşı 70-i keçənlərdən zəhləsi gedir”.

Məlumat üçün qeyd edək ki, hazırda Milli Məclisdə təmsil olunan 125 deputatın 21-i 70 yaş və üzərindədir.(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}