Erməni jurnalistin Ermənistan həqiqətləri

10:40 15.05.2024 1 799
"Ermənistan Xalqı sülhün alternativinin olmadığını anlamağa başlayıb"
Erməni jurnalistin Ermənistan həqiqətləri

Erməni jurnalist Natali Aleksanyan Globalinfo.az-a müsahibə verib. Müsahibədə bugünlə səsləşən maraqlı fikirlər yer alıb. İctimai əhəmiyyətini nəzərə alaraq, müsahibəni Becan.az oxucularına da təqdim edirik.

- Hazırda İrəvanda Tavuş yeparxiyasının ruhani lideri Baqrat Qalstanyanın təşəbbüsü ilə keçirilən aksiyalar davam edir. Onların məqsədi nədir? Bu aksiyanın arxasında kim və hansı qüvvələr dayanır?

- Baqrat Qalstanyanın arxasında Qarabağ klanı və yeganə məqsədi Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq olan keçmiş hakim elita durur. Onların başqa məqsədləri yoxdur. Bu ona görə edilir ki, Ermənistanın bu gün irəliləyiş əldə etdiyi sülh gündəliyi istər-istəməz son onilliklər ərzində ölkədə formalaşdırılmış ideologiyanın iflasına gətirib çıxaracaq. Beləliklə, Qarabağ klanının Ermənistana qarşı törətdiyi bütün cinayətlər üzə çıxarılacaq. Onlar özləri üçün qorxurlar, ona görə də Paşinyanın qarşısını almağa çalışırlar.

- Son etirazlarda tez-tez keçmiş prezidentlər Serj Sərkisyanın və Robert Köçəryanın adı hallanır. Onlar Ermənistanda öz hakimiyyətlərini bərpa etmək istəyirlər? Qarabağın işğalında, iki xalq arasında düşmən münasibətin alovlanmasında xüsusi rol oynamış bu “klan”ın hakimiyyətini Ermənistan üçün necə qiymətləndirirsiniz?

- Son 30 ildə erməni və Azərbaycan xalqlarının başına gətirilən bütün bəlaların əsas günahkarları Robert Köçəryan və Serj Sərkisyandır. Bütün Qarabağ hekayəsinin başladığı “miatsum” hərəkatının təşəbbüskarları və xaç ataları məhz bu şəxslərdir. Onlar dövlət cinayətkarlarıdır, Ermənistanın Cinayət Məcəlləsinin bütün mümkün maddələrini pozublar və pozmaqda davam edirlər. Ermənistan iki Qarabağ müharibəsində bütün ölümlərə görə, ölkəni Qarabağ məsələsi ilə inkişafdan qoyduqları üçün onlara “minnətdar” olmalıdır. Bu şəxslər əməllərinə görə cavab verməmək üçün hakimiyyəti öz əllərinə almaq istəyirlər, lakin buna nail ola bilməyəcəklər.

- Baş nazir Nikol Paşinyan 4 kəndin təhvil veriləcəyini açıqlayanda həmin yerlərin xəritələrdə heç vaxt Ermənistan ərazisi olmadığını bildirdi. Sərhədlərin müəyyən edilməsi prosesini, Bakı ilə İrəvan rəsmiləri arasında sülh danışıqlarını, 4 kəndin Azərbaycana verilməsi kimi amilləri mövcud siyasi vəziyyətdə necə dəyərləndirərdiniz?

- Kəndlərin Azərbaycana verilməsini və bütövlükdə delimitasiya prosesini son dərəcə müsbət qiymətləndirirəm. Həmçinin inanıram ki, bu, geridönüş nöqtəsidir və sonra Ermənistanla Azərbaycan arasında qaçılmaz sülh olacaq. Düşünürəm, danışıqlar prosesi daha da sürətlənəcək, yekun nəticəni görmək üçün səbirsizlənirəm.

- Ermənistan parlamentinin müxalifət fraksiyaları və bir sıra şəxslərin tez-tez Azərbaycanda həbsdə saxlanılan keçmiş “artsax” (özünü buraxmış qondarma rejim – red.) liderlərinin Ermənistana qaytarılmasını tələb etdiklərini görürük. Bu barədə nə düşünürsünüz? Araik Arutyunyan, Ruben Vardanyan, Bako Saakyan, Arkadi Qukasyanın qaytarılması Ermənistanın maraqlarına uyğundurmu?

- Hazırda Bakıda həbsxanada olan insanlar cinayətkardır. Cinayətkarların yeri isə həbsxanadır. Ermənistanda onlar azad gəzərdilər, üstəlik, ölkənin siyasi sistemini də hər şəkildə sarsıdardılar. Ona görə də hesab edirəm ki, Bakı həbsxanası onlar üçün ən uyğun yerdir. Mən, həqiqətən ümid edirəm ki, Robert Köçəryan və Serj Sərkisyan tezliklə onlara qoşulacaqlar.

- Siz Azərbaycanda sülhə çağırış edən erməni jurnalist kimi tanınırsınız. Çıxışlarınızın birində, hətta, Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycan vətəndaşlığını almaq istədiyinizi bəyan etdiyiniz deyilir. Sülh çağırışlarına və Azərbaycana dost münasibətə görə Ermənistanda hər hansı çətinliklə üzləşmisinizmi?

- Azərbaycan prezidentinə yazdığım məktubda, mən, Azərbaycan vətəndaşlığını istəməmişdim. Sadəcə, qeyd etmişdim ki, ehtiyac olarsa, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə vətəndaşlığı qəbul etməyə razı olacam. Bu müraciətim ermənilərin hələ Qarabağda olduğu zamana və inteqrasiya imkanının müzakirə edildiyi prosesə aid idi. Mən, bu məsələdə öz köməyimi təklif etmişdim. Təbii ki, həmin məktubdan sonra ağır təqiblərə məruz qaldım. Bu, qismən indi də davam edir. Amma, Allaha şükür ki, Ermənistan Xalqı sülhün alternativinin olmadığını anlamağa, yavaş-yavaş məni dəstəkləməyə başlayıb.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}