Marin Le Penin lideri olduğu Milli Birlik Partiyası və müttəfiqləri Fransada keçirilən parlament seçkilərinin ilk tutrunda 33.4 faiz səslə qalib gəlib.
Xəbərə görə, bu barədə Fransa Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.
Məlumata görə, solçu Yeni Xalq Cəbhəsi 27.98 faiz səslə ikinci yerdə qərarlaşıb.
Fransa Prezidenti Emmanuel Makronun koalisiyası isə 20.76 faiz səslə üçüncü olub.
Qeyd edək ki, seçkilərin ikinci turu iyulun 7-də keçiriləcək.
Becan.az