Azərbaycan və Ermənistan sərhədin demarkasiyası prosesi ilə bağlı razılığa gəlib.Xəbər verilir ki, bunu ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayen deyib.
“Tərəflər sərhədlərin harada olması barədə razılığa gəldilər. Elə sahələr var ki, hər iki tərəf hələ də onlara nəzarət edir. Lakin onlar razılaşdırılmış sərhədlərə görə geri çəkiləcəklər və bu mənada yüksək dağlıq ərazilər xüsusi maraq doğurur. Amma bir daha vurğulayıram ki, bu, hər iki tərəfin üzərində çalışdığı bir prosesdir. Biz çox aydın şəkildə bildirdik ki, sərhəddə hər hansı düzəliş olarsa, hər iki tərəf razılaşdırılmış sərhəd tətbiq edilməlidir. Sülh sazişi üzrə danışıqlar gedir və sərhədin demarkasiyası ilə bağlı danışıqlar aparılır”, - deyə, Obrayen bildirib.
Becan.az