Ölkədə motivasiya yoxdur, bizə çalışmağa imkan vermir, oyuna buraxmırlar.
Xəbər verilir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.
O bildirib ki, hakimiyyət daxilində müəyyən qruplaşma onu ləkələməyə çalışır:
“Ləyaqətli və bacarıqlı şəxslərin, kadrların işə cəlb olunmasına icazə vermirlər. Ona görə ki, bu kadrlar işə cəlb olunduqları halda sözügedən hakimiyyətdaxili qruplar kölgədə qalacaq, güc mərkəzlərini əllərində saxlaya bilməyəcəklər”.[/b
Pezeşkianın sözlərinə görə, dəyişiklik üçün yeni plan hazırlanmalıdır:
[b]“Ölkədə insanlar çətinlik içərisində yaşayırlar. Xalq bizim sözlərimizdən uzaqdır. Söz vermişik, amma yerinə yetirmirik. Onlar bizim riyakarlığımızdan qorxur, verdiyimiz yalan vədlərə görə, bizdən narazıdır”.
İran prezidenti HƏMAS liderinin Tehranda sui-qəsd nəticəsində öldürülməsinə görə hökuməti tənqid etməklə yanaşı, hökumətin ayırdığı pulların hara getdiyinin bəlli olmadığını deyib.
Becan.az