Xalq artisti Emin Ağalarov 14 yaşı oğulları Əli və Mikayılın işləməsindən danışıb.
Axşam.az xəbər verir ki, müğənni Bakıda sahib olduğu istirahət mərkəzində oğulları Əli və Mikayılın balaca mağazası olduğunu deyib.
"14 yaşları var, ikisi də çalışır. Onlar ayda, bütün xərcləri çıxandan sonra, 3 min dollar qazanırlar", - bu haqda Emin müsahibələrindən birində deyib.