Durovun həbsinin Bakı ilə hansı əlaqəsi ola bilər? - Ekspert

15:42 27.08.2024 637
Durovun həbsinin Bakı ilə hansı əlaqəsi ola bilər? - Ekspert

Teleqram təsisçisi Pavel Durovun ətrafında baş verən hadisələr çox geniş bir prosesin tərkib hissəsi ola bilər. Biz faktiki olaraq bunun real səbəbini bilmirik. Ola bilsin ki, Teleqramın məxfilik siyasətini pozmaq, insanların şəxsi məlumatları və digər yazışmalarına giriş əldə etmək istəyiblər. Və yaxud da kiminsə məxfi məlumatlarının silinməsinə çalışırlar.

Bu sözləri politoloq Turab Rzayev Teleqramın təsisçisi Pavel Durovun həbsinin səbəbləri haqqında danışarkən deyib.

Onun sözlərinə görə, Durov insidenti daha çox Rusiyaya qarşı planın bir hissəsi kimi görünür:

“Bu, Rusiyaya qarşı müharibənin tərkib hissəsidir: birincisi, Rusiyanı əlində olan geniş informasiya silahından mərhum etməyə çalışırlar, ikinci, Rusiyaya sanksiyalar tətbiq edilib və Durova qarşı başladılan istintaqı sanksiyanın tərkib hissəsi kimi də görmək olar”.

Politoloq Durovun Bakı səfərindən sonra tutulmasının da təsadüf olmaya biləcəyinə diqqət çəkib:

“Pavel Durovun Bakı səfərindən sonra tutulması da təsadüf olmaya bilər. Ola bilsin ki, rəsmi Paris Bakıda kimlərinsə Teleqramın rəhbəri ilə görüşüb-görüşmədiyini öyrənmək istəyir. Ondan Azərbaycanla bağlı hər hansı, maraqlı məlumat əldə etməyin mümkün olduğunu düşünürlər. Yaxud da Durovun Makronla bağlı Bakıya məlumat ötürülməsindən şübhələnə bilərlər. Ümumiyyətlə, Fransa və vətəndaşı (Durov həm də Fransa vətəndaşıdır - red.) arasında olan problemin Azərbaycanla hər hansı əlaqəsi olmamalıdır. Pavel Durov özü 2020-ci ildə Rusiyada işləmək imkanın olmadığını səbəb gətirərək, BƏƏ vətəndaşlığını da almışdı və Dubayda yaşayırdı. 3 il sonra Fransaya köçdü. İndi Paris hansısa səbəbdən öz vətəndaşını həbs edir, Teleqramın təhlükəsizlik kodlarını istəyir. Rusiya da onun hüquqlarını öz vətəndaşı kimi qorumaq üçün səy göstərir. Bunun bizimlə aşkar bir əlaqəsi yoxdur”.(Axar.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:20

İlk rübün bahalaşan və ucuzlaşan məhsulları - SİYAHI

10:38

TƏBİB-in yeni icraçı direktoru vəzifə islahatlarına başladı

10:21

ABŞ-İran nümayəndə heyətləri Pakistanda görüşəcək - 2-ci raund

09:37

Estoniya Rusiyadan hücum gözləmir, amma...

13:34

On milyon ton taxılın sorğu-sualı... - Baş Prokurorluqda dindirilmə

13:22

Heyvan idxalı azalıb: Ət yenə bahalaşacaq?

12:41

Netanyahudan İranla bağlı açıqlama: "Bu, son deyil..."

12:09

Əli Əsədovla bağlı suala Elmar Məmmədyarovun cavabı

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO