Türkiyənin Azərbaycandakı səfirliyində 30 Avqust - Zəfər Bayramı münasibətilə tədbir keçirilib. Xəbər verilir ki, tədbir Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canlarından keçən Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, tədbirdə Azərbaycanın Müdafiə naziri Zakir Həsənov fəxri qonaq qismində iştirak edib. Həmçinin qonaqlar arasında VI çağırış Milli Məclis deputatları, burada fəaliyyət göstərən Türkiyə şirkətlərinin nümayəndələri və azərbaycanlı ictimai xadimlər yer alıblar.(Report)