Dövlət qurumları MƏTBUATI VECİNƏ ALMIR... - Bu, FAKTDIR!

12:58 4.09.2024 1 141
Dövlət qurumları MƏTBUATI VECİNƏ ALMIR... - Bu, FAKTDIR!

“Azerbaijan Favorite News” (www.afn.az) xəbər saytının baş redaktoru Həbibə Abdulla sosial şəbəkələr vasitəsilə Azərbaycan Mətbuat Şurasına və Medianın İnkişafı Agentliyinə müraciət edib. Sözügedən müraciətinə bir neçə peşəkar media subyektlərinin baş redaktorlarını “tag” edən jurnalist həmkarımız səlahiyyət sahiblərindən jurnalistlərin sorğulara cavab ala bilməmək əzabına son qoyulması üçün kömək istəyib.



H.Abdulla müraciətində bildirib ki, bir çox dövlət qurumları - nazirliklər, komitələr, agentliklər, ASC-lər, QSC-lər verilən sorğulara olduqca etinasız yanaşırlar:

“Ən ciddi problemlərdən biri qurumun informasiya siyasətinə məsul olan şəxslərinə ünvanlanan sorğuların hansısa e-maillərə göndərilməsi tələbidir. Hansı ki, həmin e-maillərə göndərilən sorğulara ya bir qayda olaraq cavab verilmir, ya da biz jurnalistlər işimizi-gücümüzü atıb həmin məsul şəxsin arxasınca düşməliyik ki, sorğunu aldınızmı, cavablandırılacaqmı və s. Qəbul edilən sorğulara cavab verilməsi həddən artıq uzun çəkir. Adi bir mövzu ilə, xəbərlə bağlı qarşı tərəf olaraq mövqe, məlumat almaq cəhdlərimiz ya boşa çıxır, ya günlərimizi, enerjimizi alır. Dəfələrlə informasiya üzrə məsul şəxslərə müraciət etməli oluruq. Zənglərimizə cavab verilmir, mesajlarımızı görməzdən gəlirlər. Başa düşürük, media orqanı çoxdur, çox sorğu daxil ola bilər. Amma problemin davamlı olması onu deməyə əsas verir ki, bu, məsuliyyətsizlik və mediaya hörmətsizlikdən qaynaqlanan haldır. Nəticədə nə baş verir? Biz peşəkar media olaraq əlimizdə olan informasiya ilə bağlı qarşı tərəfdən mövqe gözlədiyimiz müddətdə həmin informasiya ya hansısa qeyri-peşəkar saytda, ya da sosial şəbəkələrdə ictimailəşdirilir. Bu isə bizim operativliyimizə ciddi xələl gətirir. Üstəlik, media qurumu olaraq informasiya almaq hüquqlarımız tapdanır.

Odur ki, sizdən xahiş edirəm, bu istiqamətdə nizam-intizam yaratmaq üçün addımlar atasız, tədbirlər görəsiz. Peşəkar medianı məsuliyyətsiz məmurlara və qeyri-peşəkarlara qurban etməyin”.

Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Həbibə Abdullanın qaldırdığı məsələnin ciddi problem olduğunu deyib.


O hesab edir ki, bu, mediamızın ən böyük problemlərindəndir:

“Jurnalist sorğuları operativ cavablandırılmır, bəzi mətbuat katibləri yalnız özlərinə sərf edən mövzularda danışır, özlərinə lazım bildikləri sorğuları cavablandırır. Təklifə gəlincə, məncə də lazımlıdır. Şəxsən mən bu mövzunun ictimai müzakirəyə çıxarılması üçün əlimdən gələni edəcəm. MŞ-nin növbəti iclasında bu təklifi mütləq İH üzvlərinin diqqətinə çatdıracam”.


“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər də həmkarımızın tələbində tam haqlı olduğu qənaətindədir:

“Əksər media subyektləri eyni problemi yaşayır. Bunun ictimai müzakirəsi vacibdir”.


Bizimyol.info saytının baş redaktoru Bahəddin Həzi isə “Sherg.az”a açıqlamasında deyib ki, bu, problemdirsə, jurnalistləri narahat edəcək, əlbəttə. Baş redaktorun sözlərinə görə, bunun bir ictimai qınaq, bir də hüquqi məcburetmə yolu var:

“İctimai qınaq təsir etmir. Çünki ictimai rəy ya yoxdur, ya da başqa məsələlərlə məşğuldur. O zaman qalır məhkəmə yolu. Sadəcə, işin mənəvi-psixoloji tərəfi var: mətbuat katiblərinin bir çoxu keçmiş və ya indiki həmkarlarımızdır. İndi tək dövlət qurumları yox, özəl sektor, üçüncü sektor - hamısı informasiyanı gizlətməyə çalışır. Anlaşılandır: oğru zülməti sevər. Jurnalist isə gizlədilən informasiyanı axtaran, tapan adamdır. Əsl jurnalistdən söhbət gedir. İndi rəsmi qurumlar, şirkətlər "ağıllı" bir fənd seçiblər; informasiyanı axtaranların arasından mətbuat katibi tapıb işə götürürlər ki, informasiyanı onların kürəyinin arxasında, daha doğrusu, dilinin altında gizlətsin. Bəzi mətbuat katibləri isə, ümumiyyətlə, "susmaq hüququ"ndan istifadə edir. Həm də danışmaq öhdəliyi olduğu halda. Bu problem həll olunmayacaq. Çünki məsul qurumlar bunu problem kimi görmür, əksinə, öz problemlərinin həlli kimi görür. Mən pessimist deyiləm, sadəcə, realistəm. Ya da elə olmağa çalışıram. İndilik problemi görürəm, amma həllini görmürəm”.(Dia.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}