Rusiya Prezidenti Vladimir Putin “gənclik iksiri”nin hazırlanması ilə bağlı alimlərə tapşırıq verib.Axar.az xəbər verir ki, bu barədə “The Tayms” Rusiya prezidentinə yaxın mənbələrə istinadən yazıb.
Məqalə müəllifləri bildirir ki, bu ideyanı prezidentə Nüvə Tədqiqatları İnstitutuna rəhbərlik edən 77 yaşlı dostu Mixail Kovalçuk verib.
Nəşrin məlumatına görə, Rusiya Səhiyyə Nazirliyi 3D bioprintinqini fəal şəkildə öyrənir. Bu texnologiyadan istifadə edərək həkimlər toxuma və orqanları “çap edə” biləcəklər.