Avropada güclü yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı artıb.
Xəbər verilir ki, Avropaya təsir edən güclü yağışlar və tufanlar bütün qitədə geniş daşqınlara səbəb olub.
Rumıniya, Avstriya, Polşa, Çexiya, Macarıstan və Slovakiyada leysan yağış və fırtınaların yaratdığı daşqınlarda həyatını itirənlərin sayı 15-ə yüksəlib.
Rumıniyada ölənlərin sayının 6-ya, Polşada isə 5-ə yüksəldiyi bildirilib.
Avstriyada 3 nəfər, Çexiyada daşqınlar nəticəsində 1 nəfər ölüb.
Becan.az