Xəzər Dəniz Gəmiçiliyi niyə ziyanla işləyir? - 17 milyon...

12:30 8.10.2024 1 162
Xəzər Dəniz Gəmiçiliyi niyə ziyanla işləyir? - 17 milyon...

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin 2024-cü ilin birinci yarısını 16.88 milyon manat zərərlə başa vurması ekspertlərin narazılığına səbəb olub.

Xəbər verilir ki, xüsusilə qurumun ötən ilin eyni dövründə 18,72 milyon manat xalis gəlir əldə etməsi müqabilində indiki ziyanı tənqidlərə yol açıb.

QSC ziyanın səbəbləri barədə açıqlamasında bildirib ki, 2024-cü il üçün Xəzərdə bir sıra yerli və xarici neft-qaz layihələri yekunlaşdığından bu layihələrə xidmət edən ixtisaslaşmış gəmilər işlərə cəlb olunmayıb:

“Eyni zamanda, bu il üçün planlaşdırılan bəzi yeni layihələrin növbəti illərə keçməsi də ixtisaslaşmış gəmilərin işlə yüklənməsinə neqativ təsir edib. Xəzərin Azərbaycan sektorundan kənarda da sözügedən ixtisaslaşmış gəmilər üçün layihələr mövcud olmayıb. Beləliklə, proqnozlaşdırılan, eləcə də gözlənilməyən bu və ya digər obyektiv faktorlar gəlirlərin düşməsinə səbəb olub. 2024-cü il üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) həyata keçirdiyi neft-qaz layihələrində ASCO-nun təqdim etdiyi gəmi xidmətlərinə də tələbat azalıb. Bu da ümumi gəlirlərin düşməsinə təsir edib”.

Ancaq bu arqumentlər ekspertləri qane etmir. Tanınmış iqtisadçı Natiq Cəfərli bildirib ki, bütün bu şərtlər Xəzər Dəniz Gəmiçiliyi QSC-nin ziyanla işləməsinə səbəb ola bilməz.

Onun fikrincə, QSC ili proqnozlaşdırarkən mövcud reallıqları, SOCAR-ın neft-qaz layihələrində ASCO-ya tələbatın azalacağını, o cümlədən 2024-cü il üçün gəmi yükdaşımalarında layihələri nəzərə almalı, ona uyğun addımlar atmalı idi:

“ASCO niyə beynəlxalq yükdaşımalara önəm vermir, nədən quru yükdaşımalarda aktiv deyil, nə səbəbə Şərq-Qərb dəhlizinin potensialından istifadə etməyi, yəni özünü oda-gözə vurub, pul qazanmağı düşünmür?!”(Axar.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:20

"Sağlam düşüncə və qardaşlıq hüququ qorunmalıdır" - Fuad Oktay

13:56

Ağsu sakini Məşğulluq idarəsinin müdirindən Prezidentə şikayət etdi - VİDEOMÜRACİƏT

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}