“Azərbaycanla Ermənistan arasında bu ilin sonuna kimi sülh müqaviləsi imzalanacaq. Bu, gözlənilir. Bu səbəbdən hər iki ölkə lideri tərəfindən xarici işlər nazirlərinə sülh və dövlətlərarası münasibətləri qısa zamanda nizama salmaq üçün təcili tapşırıq verildi”.Bunu sözləri
Bakupost.az-a politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, sülh müqaviləsi bağlansa, rəsmi İrəvanın üzərinə Azərbaycana hücum etməmək və müharibə vəziyyəti yaratmamaqla bağlı öhdəliklər qoyulacaq:
"Ermənistan konstitusiyası və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən məsələlər də aradan qaldırılmalıdır. Əldə ediləcək yekun sülh müqaviləsi bütün şübhəli məsələlərin üzərindən xətt çəkəcək”.