Daha bir MTN generalının müsadirə olunmuş əmlakları geri qaytarıldı

16:19 9.02.2023 1 508
Daha bir MTN generalının müsadirə olunmuş əmlakları geri qaytarıldı

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generallarından daha birinin müsadirə olunmuş əmlakları yaxınlarına qaytarılıb. Uzun illər MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə rəhbərlik etmiş Sübahir Qurbanovun yaxınlarına məxsus iki mənzil və yanacaqdoldurma məntəqəsinin müsadirədən azad olunması haqda qərar verilib. Bu qərar Ali Məhkəmənin sədri Ramiz Rzayevin təqdimatı əsasında çıxarılıb.


1954-cü il təvəllüdlü Qurbanov 2015-ci ildə həbs olunub, 14 il azadlıqdan məhrum edilib. Lakin 2020-ci ilin aprelində əfv sərəncamı ilə həbsdən buraxılıb. 2021-ci ildə Ali Məhkəmə onun müsadirə olunmuş əmlaklarından Novxanıdakı bağ evinin qaytarılmasına qərar verib.

Əmlak sahibləri müraciət ediblər

Ramiz Rzayev Ali Məhkəməyə təqdimatında göstərib ki, müsadirə olunmuş əmlakların sahibləri – maraqlı şəxslər ona müraciət ediblər. Onlardan biri Sübahir Qurbanovun qudası, biri də Masallı rayonunun Qızılavar kənd sakinidir.

Generalın qudası Ali Məhkəmə sədrinə ərizəsində göstərib ki, müsadirə olunmuş mənzillər ona məxsusdur, Qurbanova heç bir aidiyyəti yoxdur.

Qızılavar sakini isə ərizəsində bildirib ki, 0.0636 hektar torpaq sahəsində yerləşən yanacaqdoldurma məntəqəsi 2000-ci ildən fəaliyyətə başlayıb.

“Ərizəçilərin müraciətlərində qeyd etdikləri daşınmaz əmlakların əldə olunduğu tarix Sübahir Qurbanovun törətdiyi cinayət əməlinin əhatə etdiyi dövrdən kənardır. Ərizəçilər həmin əmlakları qanuni əsaslarla əldə ediblər”, – Ali Məhkəmənin sədri təqdimatda belə yazıb.

Dekabrın sonunda…

Ali Məhkəmədə İlkin Rəcəbovun sədrlik etdiyi hakimlər kollegiyası bu təqdimatı təmin edib, iki mənzil və bir yanacaqdoldurma məntəqəsi müsadirədən azad edilib.

Dekabrın 28-də Bakı Apellyasiya Məhkəməsi 2015-ci ildə Qurbanovla eyni ərəfədə həbs olunub 12 il azadlıqdan məhrum edilən, 2020-ci ilin aprelində eyni vaxtda da əfv sərəncamı ilə azadlığa buraxılan başqa bir MTN generalı Akif Çovdarovun ailə üzvlərinə məxsus, təxminən 30 milyon manatlıq əmlakların geri qaytarılmasına qərar vermişdi. Çovdarovun ailəsinə qaytarılanlar arasında “8-ci kilometr bazarı”, Nəsimi rayonu, Bülbül prospektində 483 min manatlıq mənzil, Novxanı qəsəbəsində 1.5 milyon manatlıq iki bağ evi, 7-ci mikrorayonda 6-mərtəbəli bina, Nəsimi rayonu, Cavadxan küçəsində 7-mərtəbəli bina və başqa əmlaklar var.

Bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında beş general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib. Onların əksəriyyəti, o cümlədən generallar Akif Çovdarov, Sübahir Qurbanov və s. cəzalarının bir hissəsini çəkəndən sonra azadlığa buraxılıb.

Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular.

2021-ci ilin aprelində daha iki MTN generalı – Nizami Şirinov və Mövlam Şıxəliyev, eləcə də onların tabeliyində çalışan şəxslər cinayət məsuliyyətinə cəlb olunub. 2022-ci ilin sentyabrında Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şıxəliyev haqqında 12 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Uzun illər MTN-in İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Şıxəliyev hökmdən apellyasiya şikayəti verib. Hazırda onun da işinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.(pressklub)

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}