"Washingtonpost" polisin "yatması"- Brodski isə İranın "uşaq yalanı"ndan yazdı

19:02 27.01.2023 1 532
"Washingtonpost" polisin "yatması"- Brodski isə İranın "uşaq yalanı"ndan yazdı

Azərbaycanın İrandakı səfirliyinə olan xain silahlı hücum dünya mediasının gündəminə çevrilib.

Yenixeber.org: "İran dövlət televiziyası Tehranın polis rəisi, general Hüseyn Rəhimiyə istinadən bəyan edib ki, silahlı hücum caninin “şəxsi və ailə problemlərinə” görə olub. Lakin bu hadisə qonşu Azərbaycan və İran arasında aylardır davam edən gərginlik fonunda baş verdi.

"Washingtonpost" yazır ki, Kalaşnikov avtomatı ilə silahlanmış iranlının Azərbaycan səfirliyinə soxularaq, mühafizə rəisini öldürməsi və iki mühafizəçini yaralaması diplomatik qalmaqal yaradıb.

Azərbaycan Xarici İşlər Nazirliyi İranı Bakıya qarşı artan təhdidlərlə bağlı xəbərləri ciddi qəbul etməməkdə günahlandırdı. Bunun ardınca Azərbaycan Tehrandan diplomatik missiyasını təxliyyə etdiyini bildirib. Nazirlik həmçinin bəyan edib ki, “Məhz İranda ölkəmizə qarşı son vaxtlar aparılan anti-Azərbaycan kampaniyası diplomatik nümayəndəliyimizə qarşı bu cür hücumlara səbəb oldu". Azərbaycan Prezidenti İlham Əliyev isə hücumu terror aktı adlandırıb.

Bu arada, səfirliyin qarşısında keşik çəkən İran polisinin hücumu dayandırmaq üçün heç bir iş görməməsini əks etdirən görüntülər ortaya çıxıb. Bu görüntülər yayılandan bir neçə saat sonra isə İran hakimiyyəti Rəhimini polis rəisi vəzifəsindən uzaqlaşdırıb", - nəşr yazıb.
Müəllif həmçinin başqa bir diqqət çəkən məqama toxunub: "İran dövlət televiziyası Rəhimiyə istinadən bildirib ki, hücum zamanı silahlı cinayətkar səfirliyə iki uşağı ilə daxil olub. Bununla belə, Azərbaycanın yaydığı kamera görüntüləri göstərir ki, silahlı səfirliyin qapısından təkbaşına keçib".
"Washingtonpost" Azərbaycanın İranla həmsərhəd olmasını da xatırladıb. Həmçinin Bakının Tehranla ciddi problemləri yaranıb ki, bu da Azərbaycan və Ermənistan arasında Qarabağ müharibəsinin baş verməsinə görədir.

"Tehran oktyabr ayında İran İslam Respublikasını silkələyən ümummilli etirazlar fonunda hərbi gücünü nümayiş etdirərək, Azərbaycanla sərhəd yaxınlığında təlimlərə başladı. Azərbaycan İranın regionda özünün əsas düşməni hesab etdiyi İsraillə də sıx əlaqələr saxlayır. Azərbaycanla yaxın əlaqələri olan Türkiyə isə hücumu pisləyərək, günahkarların məsuliyyətə cəlb olunmasını və gələcəkdə oxşar hücumların qarşısının alınması üçün tədbirlərin görülməsini istəyib. Türkiyə Qarabağ müharibəsində Azərbaycanı dəstəkləmişdi.

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Keçmişdə də oxşar hücumlara məruz qalan Türkiyə Azərbaycan xalqının ağrısını dərindən bölüşür. Qardaş Azərbaycan tək deyil. Azərbaycana dəstəyimiz həmişə olduğu kimi fasiləsiz davam edəcək”, - məqalədə yazılıb.

Mütəxəssislər də İran rejiminin malaladığı bu terror aktının təsadüfi və ya şəxsi zəmində yaranmadığını deyirlər. Amerikalı analitik, UANI İnstitutunun rəhbəri Ceyson Brodski hadisə ilə bağlı özünün Twitter səhifəsində diqqət çəkən fikirlər paylaşıb. O, Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın barədə məlumatı əks etdirən müşahidə kamerasının videogörüntülərinə diqqət çəkib.


Gərgin şərhlərlə açılan bu müzakirədə o, terroristin uşaqlarla birlikdə cinayət yerinə gəlişi ilə bağlı səsləndirilmiş fikirlərlə videogörüntülər arasında təzadların, uyğunsuzluğun olduğunu deyib. Digər şərh yazanlar isə qatilin SEPAH ilə bağlılığı barədə fikirlər yürüdüblər. Onlar ölkələri bu təşkilatı terrorçu siyahısına daxil etməyə çağırıblar.

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb. Hücum edən şəxs saxlanılıb.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}