Xüsusi Əməliyyat Qüvvələri və Ordunun Xüsusi Təyinatlı Qüvvələri Komandanlığının mərasimində Yunanıstan Baş Qərargah rəisi Konstantinos Floros Türkiyəyə təhdid mesajları göndərib.
Musavat.com xəbər verir ki, "Biz hazırlaşırıq və hazırlıq ən yaxşı üsuldur. Biz həmişəkindən güclüyük və bir qum dənəsi də verməyəcəyik", - deyə Floros bildirib.
Hər cür xarici müdaxiləyə hazır olduqlarını bildirən Floros daha sonra bunları deyib: "Biz hazırıq və hazırlıq ən yaxşı üsuldur. Birinin bizimlə döyüşməsi və müqavimət göstərməsi üçün çox güclüyük. Biz heç vaxt bir qum dənəsi və ya bir qarış torpaq verməyəcəyik. Bizim havada və dənizdə üstünlüyümüz var”.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin sonunda "Yunanıstanda iki-üç nəfər var, rahat oturmurlar. Adalara gətirilən silahların, təyyarələrin mənası yoxdur. Bu iş ürək işidir. Bir gecə qəfildən gələ bilərik" demişdi.
Becan.az