Bir daha Seyid Əzim Şirvani haqqında

10:52 11.07.2025 1 617
... Mövti-cismani ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim

Bir daha Seyid Əzim Şirvani haqqında

İki gün öncə doğumunun 190-cı ili tamam olan Azərbaycanın klassik şairi Seyid Əzim Şirvani ilə bağlı fikirlərini bölüşən ədəbiyyatşünas, araşdırmaçı, türkoloq İşıqlı Atalı yazır:

"S.Ə.Şirvani açıqgözlü insan olub. Fitrətən duyub ki, gedişatdan üstün olmaq gərəkdir. Şərqin ünlü dini mərkəzlərində təhsil almışdı, ancaq mahiyyətcə dindar olmadı. Əlbəttə, o dövrdə, özündən sonra yaşamış çoxsaylı yaradıcı insanlara ciddi etkisi olub. Əslində Mirzə Cəlil məktəbinin yaranması bu kimi insanların çabalarından qaynaqlanır. Klassik irsi Füzulidən etkilənir, ustadlığı var. Hər halda ömrün qısalığı baxımından şairin özünü tam aşkarladığını demək olmur: az yaşayıb, ömrü qəfil qırılıb. Ulusal (xəlqi) çabaları dəyərlidir, dərsdir...

Füzuli kimi aşiqanəliyi pünhandır, açıq demir, cismani həzz axtarmır. Ancaq Vaqifdə bu, aşkardır, onda dünya (cismani) ləzzətçiliyi var. Vaqifin şair təbi, aşıqsayağı örnəklərdə dilinin klassikadan müəyyən mənada fərqlənməsi (ərəb-fars sözlərinin azlığı) çağdaş ədəbi dilimizin formalaşmasına zəmin yaradanlardan olması onu sanki qınaqdan çıxarır, ancaq ondan sonrakı yüzildə yaşayan Seyid Əzim Füzulinin halını mümkün qədər qoruyub saxlamağa çalışır. Bu, özünü hər şeydən öncə poeziyasının ruhunda, eşqin ucalığının vəsfində, gerçəkliyə sığmamasında göstərir.

Qəzəllərindəki mifoloji obrazlarla bağlı:

S.Ə.Şirvaninin yaradıcılığında insanın dünyaya, həyata, özünə münasibəti yetkindir; insan özünü taleyi əlində olmayan varlıq kimi görmür, lirik qəhrəman eşqi uğrunda döyüşkən, canından keçməyə hər an hazır olandır. Bu döyüşkənliyin mayası Nəsimidən, Füzulidən gəlir. S.Ə.Şirvani aşiq-şair hissiyyatı ilə görür, duyur, insanın halının tükənməz imkanlarını mifoloji obrazlarla müqayisədə aşkarlayır. Onun yaşadığı çağda dünyada elmi-texniki gəlişmələr artırdı, insanların öncəki çağlara münasibəti dəyişməyə başlayırdı. S.Ə.Şirvani gedişatı çağının seçilən aydını kimi dərindən anlayırdı, ancaq müəyyən klassik janrlardan, o cümlədən də qəzəl janrından ayrılmırdı. Məqsədi bənzərsiz yaradıcı varlıq olaraq insanın imkanlarının tükənməzliyini göstərmək idi. Bu prosesdə insanın dünyaya, həyata heyranlığının, sevdiyinə eşqinin tükənməzliyini mifoloji obrazlardan bəhrələnməklə ifadə etmək çağımız üçün də yeni, yaradıcı qənaətlərə gəlməyə imkan verir.

Onun qəzəllərində folklor düşüncəsi ölmür, itmir, mifoloji duyum mahiyyətcə əksilmir, əksinə, insan idrakının, mənəviyyatının imkanları aşkarlandıqca bənzərsiz, əlvan, insanın gerçəkdən dünyanın əşrəfi olduğunu göstərən yeni poeziya örnəklərinin yaranmasını şərtləndirir".






İşlqll ATALI,
Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}