Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təsdiqləyib.
Xəbər verilir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.
Məhdudiyyətlər “kölgə donanması”na aid olan 105 gəmini, “Rosneft”in Hindistandakı ən iri neft emalı zavodunu və “Şimal axını” qaz kəmərlərini əhatə edir.
Bundan əlavə, banklara və sanksiyalardan yayınmağa kömək edən şəxslərə, o cümlədən Çində olanlara qarşı tədbirlər sərtləşdirilib.
Becan.az