İnsan kimi doğuldu, alim kimi yaşadı, dahi kimi köçdü - AZAD MİRZƏCANZADƏ

19:42 2.05.2023 981
İnsan kimi doğuldu, alim kimi yaşadı, dahi kimi köçdü - AZAD MİRZƏCANZADƏ

TANIŞLIQ

Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində alaraq, dağ mühəndisi ixtisasına yiyələnib. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. 1959-cu ildə professor adını alıb, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir, 1968-ci ildə isə həqiqi üzvü seçilib.

1951-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin nəzəri mexanika kafedrasının dosenti, 1957-1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri işləmişdir. Azad Mirzəcanzadə orta məktəblərdə dəqiq elmlərin tədrisi ilə bağlı bir sıra layihələrin də müəllifidir.

1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olmuş, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik etmişdir.

Azad Xəlil oğlu Mirzəcanzadə 2006-cı il iyulun 17-də, 78 yaşında vəfat etmişdir.


XİDMƏTLƏRİ

Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan Azad Mirzəcanzadə ölkəmizdə tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanmışdır. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılmışdır.

Alimin neft və qaz-kondensat yataqlarının mənimsənilməsi və istismarının əsaslarına həsr olunmuş tədqiqatlarında neft sənayesinin qazma, istehsal və neft maşınqayırması kimi sahələrinin aktual problemləri öz həllini tapmışdır. 400-ə yaxın elmi əsərin, 50-dən artıq ixtira və patentin müəllifi olan Azad Mirzəcanzadə özünün elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirmişdir. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarının hazırlanması və tətbiq edilməsi tanınmış alimin başlıca elmi nailiyyətləri sırasındadır. Yaradıcılığının son dövründə onun tədqiqatlarının əsas elmi istiqamətlərini neft-qaz yataqlarının sinergetik analizi təşkil edirdi.

ELMİ NAİLİYYƏTLƏRİ

Maye və qabların süzülməsində başlanğıc təzyiqlər qradiyenti nəzərə alınmaqla qanun təklif edilmişdir.

Məsaməli mühitdə qazkondensat sistemlərinin süzülməsi və özlü plastik mayelərin hərəkətini təsvir edən differensial tənlik təklif edilmişdir .
Süzülmənin relaksasiya qanunu təklif edilməsi qazkondensat sistemləri və qeyri-niuton neft yataqlarının işlənməsinin metodik əsasları işlənilmiş və tətbiq edilmişdir.

Mürəkkəb şəraitdə quyuların qazılmasının hidrodinamik əsasları işlənilmişdir.

Quyuların qazılması, neft-qaz yataqlarının işlənməsi və neft nəqlinin iş rejimlərinin tənzimlənməsi üçün müxtəlif fiziki sahələr təklif və tətbiq edilmişdir.

Neftqazçıxarmanın texnoloji prosesləri üçün sistemli təhlil işlənilmişdir. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodları yaradılmış və tətbiq edilmişdir.


MÜKAFATLARI

Azərbaycan SSR Əməkdar elm və texnika xadimi (1970);

SSRİ-nin Fəxri neftçisi (1971);

SSRİ EA-nın Qubkin adına mükafatı (1977 və 1982);

SSRİ Qaz sənayesinin Fəxri işçisi (1978);

Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980);
2 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni;

Azərbaycan Respublikasının “İstiqlal” ordeni.

29 YAŞLI ELMLƏR DOKTORU

Onun elmi fəaliyyətindən nə qədər istəsəniz yazmaq olar. Ancaq bizim məqsədimiz bu dahi alimin maraqlı və keşməkeşli həyat yoluna nəzər salmaqdır. A.Mirzəcanzadə 23 yaşında elmlər namizədi, 29 yaşında elmlər doktoru, 34 yaşında Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 40 yaşında isə həqiqi üzvü olub.

15 YAŞLI MÜƏLLİM

Birinci sinfə Bakıdakı 14 nömrəli orta məktəbdə gedib. Məktəbdə oxuyarkən Böyük Cahan Müharibəsi başladığından onun təhsil aldığı məktəbi hərbi hospitala çevirirlər. Buna görə də sözügedən məktəbin bütün şagirdləri kimi, 13 yaşlı Azadı da Bakıdakı 18 nömrəli məktəbə köçürürlər.

A.Mirzəcanzadə xüsusi riyazi qabiliyyəti ilə hələ orta məktəbdə oxuyarkən müəllimlərinin sevimlisinə çevrilir. Riyaziyyatla yanaşı, digər fənlərdən də əla oxuyan Azad, ekstern yolla imtahan verərək məktəbi 15 yaşında bitirir.

1941-45-ci illər müharibəsinin yaratdığı çətinliklər onların da ailəsindən yan keçmir. Ailəsinin - anasının və bacısının dolanışığına qatqısının olması üçün 15 yaşlı yeniyetmə işləmək məcburiyyətində qalır. Riyaziyyatdan qeyri-adi istedadının olması burada dadına çatır.
15 yaşındaykən axşam fəhlə-gənclər məktəbində riyaziyyatdan dərs deməklə, o da ailənin yükünü çiyinlərində daşıyır. Daha sonra isə, elə müharibə dövründən başlayaraq, 44 nömrəli məktəddə dərs deməyə başlayır. 1952-ci ilə qədər, o, məktəbdə müəllimlik fəaliyyətini davam etdirir.

Sinif yoldaşları ixtisasına görə Azadı qınayır.
Orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) vermək istəsə də, yaşının az olması səbəbilə sənədlərini qəbul etmirlər. Yeniyetmə institutun rektoruna müraciət etməli olur. Rektor, neft-mədən fakültəsində oxumağı arzulayanların sayı az olduğundan onun sözügedən fakültədə təhsilini davam etdirməsinə razılıq verir.

Amma Azadın fitri istedadına bələd olan sinif yoldaşları sözügedən fakültədə oxumasına razılıq verdiyinə görə həmişə onu qınayırlar.
Azadsa onlara “yerin təkinin hansı elmi imkanlarının olduğunu başa düşmürsünüz”, - deyə, cavab verir.

Tələbəlik illərindən elmi laboratoriyalar A.Mirzəcanzadənin ən sevimli məkanına çevrilir və dərslərinə xüsusi fikir verir.


“Şagird birinci müəllimini, sonra onun fənnini sevir"

A.Mirzəcanzadə üçün orta təhsil insan həyatında xüsusi yer tutduğundan, onun təşəbbüsü ilə 1989-cu ildə Bakı şəhərinin mərkəzində Hacıbəy Mahmudbəyov adına lisey, 1998-ci ildə isə Xətai rayonunda 147 nömrəli texniki-humanitar təmayüllü lisey fəaliyyətə başlayıb.

Qeyd edək ki, Azad müəllimin pedaqoji fəaliyyətində xüsusi orijinallıq və özünəməxsus mühazirə oxumaq üslubu olub. Riyazi və fiziki məsələləri o qədər sadə dillə, ədəbiyyatdan, incəsənətdən və fəlsəfədən misallar çəkərək izah edib ki, qarşısındakı ən savadsız tələbə belə onun mühazirələrindən nəsə götürsün. Tələbələrinin sevimlisi olan qəhrəmanımızın dediyi bu fikri indi də onu tanıyanlar unutmayıb: “Şagird birinci müəllimini, sonra onun fənnini sevir”.

Tələbələrinin yoluna daim işıq tutan dahi fenomenin “istedadlılara kömək edin, yol göstərin. İstedadsızlar özləri-özlərinə onsuz da yol tapacaqlar” fikri də onu tanıyanlar arasında deyimə çevrilib.

Neft sənayesi mütəxəssisinin musiqi sevgisi

Maraq dairəsi yalnız elmlə məhdudlaşmayan neft sənayesi üzrə mütəxəssis ədəbi-bədii əsərləri, təsviri sənət və musiqi nümunələrini yüksək peşəkarlıqla təhlil edirmiş. Operaya, teatra getməyi, balet rəqslərinə tamaşa etməyi sevirmiş. A.Mirzəcanzadənin həm də yaxşı piano çalmaq qabiliyyəti varmış. Azərbaycan musiqisinə vurğunluğunun nəticəsidir ki, iş otağında və evində masanın üzərində həmişə Üzeyir Hacıbəylinin şəkli olub.

Sovet mexanika məktəbinin nümayəndələrindən olan, Amerikada yaşayan Bakı yəhudisi akademik Qriqori İsaakoviç Barenblatt Azad Mirzəcanzadəyə məktublarının birində yazırdı: “Əziz Azad! Mən həmişə Sizin parlaq və çoxşaxəli - əsl milli və eyni zamanda ümumbəşəri istedadınıza heyranam. Bizi ümumi işimiz yaxınlaşdırdı , lakin dərin elmi təəssüratla yanaşı , dahi xalqınızın musiqisini mənə sevdirdiyinizə görə Sizə borcluyam”.
Hətta bir dəfə Amerikadan kimsə Azad müəllimə zəng edib susur. Telefondan yalnız "Koroğlu uvertürası"nın səsi gəlir. Azad müəllim musiqini dinləyib, dəstəyi asmaq istəyəndə, dəstəyin o başından Qriqori İsaakoviç Barenblattın səsini eşidir.

ALİ ARZUSU

Akademik Mirzəcanzadə həyatda ən çox sevdiyi bacısının ölümündən bir il sonra onun dünyasını dəyişdiyi palatada, onun yatdığı çarpayıda və onun rəhmətə getdiyi gün - 77 yaşında həyatla vidalaşır. Son olaraq yazını dahi alimin indi də yaddaşlarda yaşayan sözləri ilə bitiririk:

“Mənim arzum özümdən sonra məndən çox bilən, öz işini sevən professionallar yetişdirməkdən ibarətdir”.

Allah qəni-qəni rəhmət eləsin!

Ellada MƏMMƏDLİ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:48

Müharibə veteranlarının təqaüdləri artırılacaqmı? - AÇIQLAMA

16:56

Kərə yağının aybaay bahalaşmasının səbəbləri - Araşdırma

16:48

Silahlar Ermənistana açıq daşınır: məxfilik yoxdur - Manukyan

16:29

Çakraborti müsəlmanları təhqirə görə üzr tələbini rədd etdi

16:22

İlham Əliyev avropalılara: "Əgər biz cəngəllikik, bizdən uzaq durun"

16:06

Azərbaycanda özəl olaraq yük aeroportu tikilir

11:18

Azərbaycan paytaxtında yüksək ümidlər və böyük gözləntilərlə COP29 başladı

15:41

Azərbaycan Xalqı Türkiyə Prezidentindən təbrik aldı

12:29

Bayraq Meydanında üçrəngli Azərbaycan bayrağı yenidən qaldırılıb

12:23

İnternet üzərindən narkotik maddə satan 150 nəfər saxlanılıb

12:02

Azad olunmuş ərazilərə 8,6 milyard ABŞ dolları investisiya qoyulacaq

11:57

Pakistanda dəhşətli partlayış: 24 ölü, 30 yaralı

11:52

Türkiyə XİN Azərbaycanın Bayraq Günü ilə bağlı paylaşım edib

11:47

İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

11:40

Yol polisi sürücülərə müraciət etdi

18:20

Trampın Azərbaycan açıqlaması İrəvanı qarışdırdı

18:15

Trampın seçilməsinə İrandan ilk reaksiya

18:11

Azərbaycan Prezidenti ABŞ-ın yeni prezidentini təbrik edib

18:06

Gənc jurnalist vəfat edib

11:11

Ermənilər üçün göz yaşı tökən Pelosi yenidən seçilir

11:05

Ərdoğanla Əliyevin görüşü olub

11:44

Çakraborti müsəlmanları doğramaqla hədələdi...

11:33

Rusiyada həbs edilən generalla bağlı yeni detallar - VİDEO

11:26

General işdən azad olundu, yerinə polkovnik gətirildi

10:57

DYP-dən sürücülərə müraciət

10:50

Ağsuda yeznəsini qayçı ilə vuran şəxs saxlanılıb

10:43

Yeni telekanal fəaliyyətə başlayır

10:34

İlham Əliyev və xanımı Bakı Olimpiya Stadionunda şəraitlə tanış olub

10:30

Ermənilər “ən güclü silah”ını itirir

21:46

M.Ə.Rəsulzadənin "Panturanizm haqqında" kitabı yayınlanıb

16:56

Narkotika istifadəçisi olan avtobus sürücüsü həbs edildi

15:59

Məsuliyyətə cəlb edilən polkovnik, görün, kimin oğludur?

13:06

Zaqatalada iki nəfər dəm qazından zəhərləndi

13:02

Amerikalı reper Ermənistanı aldadıb - 6 milyon dollar

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO