Vaqif Sultanlının “Səhra savaşı” romanı Serbiyada yayınlandı - FOTO

13:25 21.07.2025 1 722
Vaqif Sultanlının “Səhra savaşı” romanı Serbiyada yayınlandı - FOTO

Bu günlərdə yazıçı Vaqif Sultanlının “Səhra savaşı” romanı Serbiyada nəşr olunub. Belqraddakı nüfuzlu “Alma” nəşriyyatında yayınlanan romanı serb dilinə Semra Bayats və Susana Byelitsa çevirib. Nəşriyyatın Asiya Ədəbiyyatı Kitabxanası seriyası ilə yayınladığı kitabın redaktoru Diana Javanoviçdir. Roman tanınmış yazıçı-publisist və dilçi Corce Otaşeviçin təşəbbüsü ilə Serbiyanın Xalq Kitabxanalarının ortaq layihəsi əsasında yayınlanıb.

Vaqif Sultanlının nəsr yaradıcılığında xüsusi yer tutan, şərti-metafоrik üslubda qələmə alınmış rоmanda təsvir olunan hadisə və əhvalatlar zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə dönən qəhrəmanın taleyi fonunda aşkarlanır. Romanda bəşəriyyətin keçib gəldiyi tarixin ənənəvi səpkidə deyil, tərs müstəvidə canlandırılması müəllifə insan və dünya haqqında fəlsəfi düşüncələrini bütün yönlərilə canlandırmağa imkan verib.


“Səhra savaşı” romanı ədalətsizliyin yaşanılmaz hala gətirdiyi çağdaş dünyaya hakim olan özgələşmə, yaddaşsızlaşma, mənasızlaşma, gərəksizləşmə kimi sosial və mənəvi-əxlaqi problemlərə kəskin etiraz ruhu ilə seçilməkdədir. Süjet xətti fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan, bədii konflikti İnsanla Zaman arasında cərəyan edən romanın baş qəhrəmanı kimi canlandırılmış Qoca obrazının timsalında hadisələrə işıq tutulması mətnin estetik özəlliyini şərtləndirir. Əsərdə yer üzündə gündən-günə dərinləşməkdə olan ziddiyyətlərin, qarşıdurmaların, çarəsizliyin, çıxılmazlığın real mahiyyətini aşkarlamağa yönəlik sorunlara aydınlıq gətirilməsinə çalışılır.

İlk dəfə 2013-ci ildə Azərbaycan oxucularına təqdim olunan roman indiyədək dünyanın bir sıra dillərinə çevrilib, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Türkiyə, Rusiya, Ukrayna, İran və başqa ölkələrdə yayınlanıb, haqqında müxtəlif səpkili araşdırmalar aparılıb.

Müəllifə yeni-yeni nailiyyətlər arzulayırıq.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}