ABŞ Ermənistanla nüvə sazişi imzaladı

11:45 10.02.2026 959
ABŞ Ermənistanla nüvə sazişi imzaladı

ABŞ və Ermənistan mülki nüvə energetikası sahəsində əməkdaşlıq barədə razılığa gəlib. Saziş ABŞ-ın Cənubi Qafqazda vasitəçilik etdiyi sülh razılaşmasından sonra Vaşinqtonun Rusiya ilə ənənəvi yaxın müttəfiq olan Ermənistanla əlaqələri gücləndirmək cəhdləri fonunda imzalanıb.

Erməni mediası xəbər verir ki, razılaşma İrəvanda səfərdə olan ABŞ vitse-prezidenti Ceyms Vens və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən təsdiqlənib. Tərəflər ABŞ-ın nüvə texnologiyası və avadanlıqlarının ixracına imkan verən, “123 sazişi” kimi tanınan danışıqların başa çatdığını açıqlayıblar.

Vens bildirib ki, saziş ilkin mərhələdə Ermənistana 5 milyard dollara qədər ABŞ ixracının yolunu açacaq, uzunmüddətli perspektivdə isə 4 milyard dollarlıq yanacaq və texniki xidmət müqavilələrini əhatə edəcək.

Paşinyan isə bu razılaşmanın Ermənistan–ABŞ enerji tərəfdaşlığında yeni mərhələ olduğunu vurğulayıb.

Hazırda enerji təminatında əsasən Rusiya və İrandan asılı olan Ermənistan, köhnəlmiş “Metsamor” AES-in əvəzlənməsi üçün ABŞ, Rusiya, Çin, Fransa və Cənubi Koreya şirkətlərinin təkliflərini nəzərdən keçirir. Rəsmi qərar verilməsə də, yeni saziş ABŞ layihəsinin seçilməsinə üstünlük yarada bilər.

Bu addım Ukraynadakı müharibədən sonra bölgədə təsiri zəifləyən Rusiya üçün geosiyasi zərbə kimi qiymətləndirilir. Rusiya XİN baş nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya açıqlamasında “Rosatom”un təklifinin ən yaxşı variant olduğunu iddia edib.

İrəvanlı politoloq Narek Sukiasyan isə Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün nüvə sahəsində tərəfdaşların şaxələndirilməsinin siyasi prioritet olduğunu bildirib və ABŞ-ı əsas seçim kimi dəyərləndirib.

Vensın səfəri, Ermənistan və Azərbaycan liderlərinin Vaşinqtonda sülhə doğru ilk addım kimi qiymətləndirilən razılaşmanı imzalamasından altı ay sonra baş tutub. ABŞ həmçinin Ermənistanın cənubundan keçərək Azərbaycan və Türkiyəyə uzanacaq “Trump International Peace and Prosperity Route (TRIPP)” layihəsini irəli aparır.

Vaşinqton üçün strateji əhəmiyyət daşıyan bu marşrut Rusiya və İranı yan keçməyi hədəfləyir və dəmir yolu, enerji boru xətləri və fiber-optik infrastrukturu əhatə edir.

Ceyms Vensın yaxın günlərdə Azərbaycana da səfəri gözlənilir.(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

12:06

Ərdoğan Əliyevi şəxsən dəvət edib

11:03

Bakıda kafedə kütləvi dava: ölən var

19:23

Batan gəmidəki azərbaycanlılar xilas edilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}