İranın dirənişinin səbəbləri...

20:00 1.04.2026 196
İranın dirənişinin səbəbləri...

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları artıq bir ayını tamamladı. Müharibə başlayanda ABŞ və İsrailin gözləntiləri qısa müddətdə hədəfə çatmaq, həmçinin xalqın etirazları ilə İranda rejim dəyişikliyinə nail olmaq idi. Lakin görünən odur ki, bu məqsədlər hələlik reallaşmayıb.

Becan.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Oqtay Qasımov Yaxın Şərqdə baş verən müharibənin birinci ayını qiymətləndirirkən deyib.

Politoloqun bildirib ki, ABŞ-ın bir çox istiqamətdə öz hədəflərinə çatdığını demək olar:

“İlk növbədə rejimin əsas fiqurları - ölkənin dini lider Əli Xamenei, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və s. kimi vəzifəli şəxslər aradan götürüldü. Həmçinin ABŞ və İsrail İranın hərbi dəniz donanmasını, raket-buraxılış sisteminin əhəmiyyətli hissəsini sıradan çıxardı, hava hücumundan müdafiə sistemlərini məhv etdi.

Bəli, bunlar ABŞ və İsrailin “hesabına” yazıla biləcək addımlardır, ancaq İran rejimi də öz müqavimətini göstərdi. Hətta ölkə 12 günlük savaşdan fərqli olaraq, müharibəni regiona yaydı və regionda yerləşən ABŞ obyektlərinə də zərbələr endirdi.

Təbii ki, burada Tehranın ciddi hesab ediləcək uğurlarının olduğunu da söyləmək mümkündür. Məsələn, İranın hücumları nəticəsində Qətərdə yerləşən və olduqca bahalı hesab edilən hava hücumundan müdafiə sistemləri sıradan çıxarıldı. Bununla da İranın raket və PUA-larının həm bölgə ölkələrinə, həm də İsrailə qədər uçmasına imkan yaratdı. Onsuz da İsraildə çox ciddi dağıntıların olduğunu görürük.

İki gün öncə isə Səudiyyə Ərəbistandakı ABŞ bazası hədəf alındı və orada çox bahalı hesab edilən ABŞ-ın “Avaks” kəşfiyyat tipli radio elektron sistemi ilə təchiz olunmuş radar sistemi vuruldu.

Bundan başqa, İran faktiki olaraq Hörmüz boğazında nəzarəti həyata keçirməklə dünya enerji bazarına və iqtisadiyyatına ciddi təsir etdiyini göstərdi”.


Ekspertin fikrincə, tərəflər 1 ay ərzində bir-birinə kifayət qədər ciddi zərbələr vurublar:

“Doğrudur, İranda dağıntılar çoxdur. İsrail və ABŞ təyyarələri ölkə üzərində rahat hərəkət edirlər. Həmçinin artıq enerji sektorları da hədəfə alınır ki, bu da çox ciddi məsələdir. Ancaq bir daha qeyd edirəm ki, ABŞ öz məqsədlərinə tam çatmayıb. Çünki ABŞ-ın fikri İranda rejim dəyişikliyi edib, ardınca ABŞ-la əməkdaşlıq edəcək hakimiyyət formalaşdırmaqdır.

İranın ciddi müqavimətinin arxasında müttəfiqlərinin verdiyi dəstək dayanır. Xüsusilə, Çin və Rusiyadan təmin edilən hərbi dəstəyi və Çindən verilən xüsusi naviqasiya sistemlərini buna misal çəkmək olar”.


Qasımovun sözlərinə görə, hazırki durumda tərəflər bir-birini tükəndirmə mərhələsinə keçib:

“Bir dalan variantı yaranıb və ABŞ da buradan çıxmaq üçün səylər göstərir. Hətta quru əməliyyatların keçirilməsi ilə bağlı fikirlər də dolaşır”.

Qeyd edək ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata 28 fevralda başlayıblar.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

11:25

SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO

15:14

İran hücumu bilərəkdən edib, yoxsa səhv olub?

19:47

Ölkə Prezidentinin adından məmura mükafat verən "jurnalist" həbs olundu

19:41

İranda ölənlərin sayı 1000 nəfərə yaxınlaşdı

19:30

İran dərin zərbələrlə qarşılaşacaq

19:21

İş adamının 4,2 milyonluq əmlakı müsadirə olundu

13:26

Şamaxıdakı güclü zəlzələnin fəsadları: Ağsuda ev və digər tikililərdə çatlar yaranıb

21:15

Türkiyə Pakistanın yanındadır - Ərdoğan

21:09

Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib

21:00

"Böyük səhv etdilər, cavabımız dağıdıcı olacaq" - Netanyahu

14:04

Çin İrana təzyiq etməyə məcburdur

13:58

Müharibənin miqyası genişlənir - İsrail Livana hücum etdi

13:52

“İranın yeni hakimiyyətində azərbaycanlılar əsas iddiaçı olmalıdır” – Rüstəmxanlı

12:26

Dünya siyasətində əxlaqsızlıq səviyyəsi artır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO