ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:48 15.04.2026 1 463
ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

ABŞ artıq İran məsələsi bitdikdən sonrakı hədəflərini də bəyan etməyə başlayıb.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts İranla bağlı hərbi əməliyyatlar bitdikdən sonra, ölkəsinin Asiya və digər regionlara diqqət yetirməyə başlayacağını bəyan edib.

Göründüyü kimi, ABŞ-ın hədəfi təkcə İranla bitmir. Onun ardınca Vaşinqton digər məqsədlərə çatmağı da düşünür. Amma hələlik konkret hansı hədəflərdən söhbət getdiyi açıqlanmır.

Politoloq Natiq Miri bildirib ki, İrandan sonra Ağ Evin hədəfindəki Çindir:

“Tramp ikinci dəfə hakimiyyətə gələndən sonra onun xarici siyasətdə prioritet elan etdiyi istiqamət Sakit Okean və Asiya istiqamətidir. Burada hədəf isə ABŞ-ın özünə yeganə rəqib saydığı Çindir”.

Ekspertin sözlərinə görə, əslində İrana hərbi müdaxilənin bir geosiyasi istiqaməti də bu ölkə neftinin ABŞ-nin nəzarətinə keçirilməsidir:

"Bununla Vaşinqton həm də neft alan ölkələrə təsir və təzyiq imkanları əldə etmək istəyir. Hansı ki, İran neftinin 90 faizi, Asiyaya, konkret Çinə satılır. Özü də çox ucuz qiymətə”.

Politoloqun fikrincə, ABŞ-ın investisiyaları İrana yönəltmək planının arxasında dayanan başlıca məqam da məhz Çinlə bağlıdır:

“ABŞ İranla bağlı fəalliyəti təkcə nüvə məsələsilə bağlı deyil. Ağ Ev Tehrana həmçinin sövdələşmə, ABŞ investisiyasının İrana yönəlməsi planını da təqdim edir. Bu isə ABŞ-yə İranın enerji daşıyıcılarına müəyyən nəzarət imkanı da verə bilər. Belə vəziyyət isə eyni zamanda, bölgədən Çinin sıxışdırılıb çıxarılması anlamına gəlir. Ona görə də İran məsələsi ABŞ-nin istədiyi kimi həll olunarsa, sonrakı mərhələdə Vaşinqtonun diqqəti artıq Çinə yönələcək”.(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

12:06

Ərdoğan Əliyevi şəxsən dəvət edib

11:03

Bakıda kafedə kütləvi dava: ölən var

19:23

Batan gəmidəki azərbaycanlılar xilas edilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}