Ukrayna Silahlı Qüvvələri Böyük Britaniyadan indiyə qədər ən böyük dron partiyasını alacaq.Xəbər verilir ki, bu barədə BBC məlumat yayıb.
“Böyük Britaniya Ukraynaya 120 min dron tədarük edəcək və bu, indiyə qədər ən böyük tədarükdür. Paketə uzunmənzilli zərbə dronları, kəşfiyyat, logistika və dəniz əməliyyatları üçün dronlar daxil olacaq, bunların da əksəriyyəti Britaniya şirkətləri tərəfindən istehsal olunur”, - məlumatda deyilib.
Becan.az