Tərcümeyi-halı “olmayan” kəşfiyyatçı – İvatuşinin kabinetindən bütün dünya “görünüb”

20:25 7.03.2023 1 367
Tərcümeyi-halı “olmayan” kəşfiyyatçı – İvatuşinin kabinetindən bütün dünya “görünüb”

24 il ərzində hər gün səhər saat 10-11 radələrində onun imzası ilə təsdiqlənmiş kəşfiyyat göstəricilərilə bağlı məxfi arayış baş katiblərə təqdim edilib. Bu arayışlarda gün ərzindəki kəşfiyyat məlumatları əks edilib. Bu rejimlə Baş Kəşfiyyat İdarəsinin rəisi, Baş Qərargah rəisinin müavini, ordu generalı Pyotr İvatuşin 5 baş katiblə işləyib...
Beynəlxalq münasibətlərdə kiçik bir gərginlik yarananda ilk növbədə İvatuşini axtarıblar. Hətta, Kreml məmurları arasında, yarızarafat-yarıciddi, tez-tez belə bir ifadə də işlədilib: “İvatuşinin kabinetindən bütün dünya görünür”.

Pyotr İvatuşin 1909-cu ildə Brest şəhərində anadan olub. O, orta məktəbi bitirdikdən sonra Qorodnya şəhərində texniki peşə məktəbində təhsil alıb və ilk əmək fəaliyyətinə həmin şəhərdəki dəmiryolu stansiyasında başlayıb. Əmək fəaliyyətinin birinci ilində fəal ictimaiyyətçi olduğuna görə onu Kommunist Partiyasına üzv qəbul ediblər.

1931-ci ildə hərbi xidmətə çağırılan İvatuşin çağırış məntəqəsində olarkən partiya xətti ilə Stalinqrad Hərbi Aviasiya Məktəbinə göndərilib. Bu göndəriş onun hərbi karyerasının başlanğıcı olub.

Hərbi məktəbi bitirdikdən sonra İvatuşini elə həmin məktəbdə təyyarəçi-instruktor vəzifəsində saxlayıblar. İki ildən sonra isə o, xidmətini Moskva Hərbi Dairəsinin aviasiya briqadasında davam etdirib. 1937-1939-cu illərdə Jukovski adına Hərbi Hava Akademiyasında təhsilini artırıb.

1939-cu ildə “NKVD” orqanlarında “təmizlik” işləri aparılandan sonra bu qurumin sorğusu ilə Moskva Hərbi Dairəsindən İvatuşinin xidmətini xüsusi xidmət orqanlarında davam etdirilməsi ilə bağlı təqdimat göndərilib. İvatuşin üçün bu təqdimat gözlənilməz olub. Bir neçə gündən sonra o, “NKVD”nin kadrlar idarəsinə dəvət edilib. Sorğu-sualdan, yoxlamalardan sonra o, “NKVD”nin Cənub xüsusi idarəsinə baş zabit, daha sonra isə Leninqrad Hərbi Dairəsinin xüsusi şöbəsinə rəis vəzifəsinə təyinat alıb.


Müharibə illərində İvatuşin Şimali Qafqazda, Krımda, Ukrayna cəbhəsində “NKVD”nin xüsusi şöbələrinə rəhbərlik edib və general-leytenent rütbəsinə qədər yüksəlib.

İvatuşin 1947-ci ildən Almaniyadakı sovet qoşunlarının əks-kəşfiyyat idarəsinə rəhbərlik edib. 1951-ci ildə o, SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin hərbi əks-kəşfiyyat idarəsinə rəis vəzifəsinə gətirilib. Bir ildən sonra isə Ukarayna dövlət təhlükəsizliyi naziri təyin edilib. Xüsusi xidmət orqanlarında struktur dəyişikliyindən sonra İvatuşinə Ukrayna daxili işlər nazirinin müavini vəzifəsi həvalə edilib.

1954-cü ildə SSRİ-də Dövlət Təhlükəsizliyi Komitəsi yaradıldıqdan sonra İvatuşin xidmətini bu qurumun mərkəzi aparıtında davam etdirib. Əvvəlcə DTK sədrinin müavini, sonra birinci müavin vəzifələrində xidmət edən İvatuşin 1961-ci ildə bir neçə ay DTK sədri vəzifəsini də icra edib.

1963-cü ildə Kremldə Baş Kəşfiyyat İdarəsinə rəis təyinatı müzakirə olunanda namizədlərin arasında İvatuşinə daha böyük etimad göstərilib. 14 may 1963-cü ildə o, Baş Kəşfiyyat İdarəsinin rəisi, eyni zamanda Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin edilib.


İvatuşinin bu təyinatından sonra kəşfiyyat orqanlarında bir çox yeniliklər aparılıb. İdarənin maddi-texniki bazası gücləndirilib, əməkdaşların sosial rifahı yaxşılaşdırılıb, strukturda çalışanlara əlavə güzəşt və imtiyazlar verilib. Məhz İvatuşin Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbər təyin olunduqdan sonra qurum üçün yeni inzibati bina inşa edilib.

İvatuşinin rəhbərliyi ilə ilk dəfə olaraq kosmosa kəşfiyyat sputnikləri göndərilib və qurumda kosmik kəşfiyyat şöbəsi fəaliyyətə başlayıb.

İvatuşinin SSRİ ilə bağlı problemi olan ölkələrə çoxsaylı məxfi ezamiyyətləri olub. O, 1979-1985-ci illərdə 11 dəfə Əfqanıstana səfər edib.

Xarici kəşfiyyat İvatuşin haqqında hansısa bir informasiya əldə etməyə cəhd göstərsə də, onun haqqında heç bir məlumat əldə edə bilməyiblər. Təsadüfi deyil ki, İvatuşini “tərcümeyi-halı olmayan general” adlandırıblar.


Baş Kəşfiyyat İdarəsinə rəhbərlik etdiyi 24 il ərzində İvatuşinin heç bir baş katiblə problemi yaranmayıb. Bu da onun peşəkarlığlndan, işinə məsuliyyətindən irəli gəlib.

Müasirləri İvatuşin haqqında həmişə yüksək fikirlər söyləyiblər. SSRİ-nin müdafiə naziri Andrey Qreçko (1967-1976) onu qeyri-adi və unikal bir insan kimi xarakterizə edib:

“İvatuşinin adının qarşısına çox sözlər yazmaq olar, təkcə bacarıqlı hərbçi, peşəkar kəşfiyyatçı, ordu generalı yox, həm də maraqlı insan, səmimi dost, qayğıkeş ailə başçısı, yüksək intellektə sahib ziyalı və s. kimi ifadələri də ona şamil etmək mümkündür. Hərbi strurkturda uzun illər xidmətim zamanı İvatuşin kimi dəqiq və məsuliyyətli zabitlə ilk dəfə qarşılaşırdım. Yüksək mədəniyyətə sahib olan bu general istənilən əhatədə, istər Kreml məmurlarının, istərsə də tabeliyində olan şəxsi heyətin arasında olduqca böyük nüfuza malik idi. O, mənim tabeliyimdə işləyirdi. Onun bütün yazılı və şifahi informasiya və məlumatlarını, arayışlarını, proqnozlarını Mərkəzi Komitəyə mən təqdim edirdim. Vəzifə ranqına görə belə tələb olunurdu. Buna baxmayaraq, bəzən Leonid Brejnev birbaşa onun özü ilə görüşməyi arzulayırdı. Bu görüşlər olduqca maraqlı keçirdi. Bir sözlə ifadə etsəm, İvatuşin hamı tərəfindən hörmətlə qarşılanırdı...”


Pyotr İvatuşin 2002-ci ildə 92 yaşında vəfat edib. O, hərbi şərəflə Moskvada, Trokurovsk qəbiristanlığında dəfn edilib. Ordu generalının məzar daşının üstünə bu sözlər yazılıb: “Həyatının 25 ili Baş Kəşfiyyat İdarəsinin rəisi kimi kəşfiyyata həsr edilib”.

İlham Cəmiloğlu
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

11:25

SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO

15:14

İran hücumu bilərəkdən edib, yoxsa səhv olub?

19:47

Ölkə Prezidentinin adından məmura mükafat verən "jurnalist" həbs olundu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO