“Biznes imperiyası” ilə gündəmə gələn Baş nazir Əli Əsədov barədə müzakirələr davam edir. Yaxın zamanda vəzifəsindən azad ediləcəyi deyilən Ə.Əsədovun 2020-ci ildə keçmiş xarici işlər naziri Elmar Məmmədyarov barəsində məruzəsi yenidən müzakirə obyektinə çevrilib. Baş nazirin məruzəsindən sonra bu günə qədər Elmar Məmmədyarov “evdən işlədiyi” üçün vəzifəsinin öhdəsindən gələ bilməyən məmur kimi xatırlanırdısa, indi Baş nazir özü tənqid hədəfinə çevrilib.Becan.az Pravda.az-a istinadən xəbər verir ki, bu barədə E.Məmmədyarov fikirlərini üstüörtülü də olsa, bildirib.
Sabiq xarici işlər naziri Baş nazir barədə yazılanlarla bağlı suala gülərək, belə cavab verib:
““Euronews”da yazırlar ki, “no comment”(yəni, "şərhsiz " - Becan.az). Yazın, Elmar müəllimə sual verdik, “Euronews” kimi dedi ki, “no comment...””Xatırladaq ki, Əli Əsədov 2019-cu ildən Baş nazir vəzifəsindədir.
Becan.az