ABŞ-İran danışıqlarının ikinci raundu aprelin 22-də keçiriləcək.
Xəbər verilir ki, bu barədə CNN öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ nümayəndə heyəti vitse-prezident Ceyms Devd Vensin rəhbərliyi ilə bu gün Pakistana yola düşəcək.
İran nümayəndə heyətinə isə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf rəhbərlik edəcək.
Xatırladaq ki, İran daha öncə ABŞ ilə danışıqlarda iştirak edib-etməmək barədə heç bir qərar verilmədiyini bildirmişdi.
Becan.az