Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

13:52 24.04.2026 189
Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Azərbaycanda ali təhsil sistemində ixtisasların siyahısı dövri olaraq yenilənir və əmək bazarının tələblərinə uyğunlaşdırılır. Son dəyişikliklərdən birinə əsasən, Baş nazir Əli Əsədov tərəfindən imzalanan qərarla “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”na yeni, 6.46-cı bənd əlavə olunub. Bu dəyişiklik nəticəsində bakalavriat səviyyəsində “Daşınmaz əmlakın idarə olunması” ixtisası da rəsmi şəkildə ixtisaslar siyahısına daxil edilib.

Bu barədə təhsil eksperti Ramin Nurəliyev Demokrat.az-a açıqlama verib.

O deyib ki, müasir dövrün tələbinə uyğun olaraq yeni ixtisasların açılması, eləcə də artıq əmək bazarında müəyyən məhdudiyyətləri olan və yaxud əmək bazarında artıq tələb olunmayan ixtisasların da çıxarılması həyata keçirilir:

“Bizdə də, əlbəttə ki, müasir dövrlə ayaqlaşaraq yeni ixtisasların təsnifat mərhələsində müəyyən dəyişiklik olunması zəruridir. Hazırda “Daşınmaz əmlakın idarə olunması” ixtisasının formalaşması hesab edirəm ki, daşınmaz əmlak sahəsində həqiqətən də Azərbaycanda çox böyük işlər görülür və bu istiqamətdə müəyyən qədər töhfə verəcək.

Əslində bizdə “Yerquruluşu və daşınmaz əmlakın kadastrı” ixtisasları var idi. Bu ixtisasların istiqaməti bir qədər fərqli idi. Yəni burada əsasən daşınmaz əmlak qurumlarında fəaliyyət göstərənlər, xüsusilə torpaqşünaslıq, yerlərin müəyyən olunması və təyinatının həyata keçirilməsi istiqamətinə uyğun idi. Amma “Daşınmaz əmlakın idarə olunması” ixtisası da yerində və doğru bir addımdır. Bu, çox gözəl bir təşəbbüsdür. Artıq bəzi ixtisaslarda müəyyən dəyişikliklərə ehtiyac var. Bəzi ixtisasların ümumilikdə tədris proqramından çıxarılması, bəzi ixtisasların isə əlavə olunması lazımdır”.

O bildirib ki, məsələn, kənd təsərrüfatına aid ixtisaslar yaxın gələcəkdə çox böyük perspektiv qazanacaq:

“Çünki süni intellekt bir çox sahələri əhatə etdikcə, kənd təsərrüfatı sahəsinə tələbat artacaq. Süni intellekt bir çox ixtisasa təsir edəcək və bəzi mütəxəssislər ixtisara düşə bilər. Bu halda insanlar alternativ fəaliyyət sahəsi kimi kənd təsərrüfatına yönələ bilərlər. Növbəti 10 il ərzində süni intellektin inkişafı ilə paralel olaraq bu sahəyə tələbat artacaq. Bu səbəbdən də kənd təsərrüfatı üzrə yeni ixtisasların açılması məqsədəuyğundur və artıq bu istiqamətdə müəyyən addımlar atılıb. Qida sənayesi istiqamətində də dünyada ciddi tələbat mövcuddur. Məsələn, Türkiyədə bu sahə çox uğurla inkişaf edib. Bizdə də yaxın gələcəkdə qida sektoruna böyük ehtiyac yaranacaq. Ona görə də “Qida sənayesinin idarə olunması” ixtisasını uyğun hesab edirəm. Düzdür, “Qida mühəndisliyi” ixtisası var, lakin bu sahə daha çox istehsal yönümlüdür, “Qida sənayesinin idarə olunması” isə ümumi idarəetmə aspektini əhatə edir.

“Yazılım mühəndisliyi” də hazırda ən çox tələb olunan ixtisaslardan biridir. Bu sahə xüsusilə müdafiə sənayesi üçün önəmlidir. Məsələn, pilotsuz uçuş aparatlarının (PUA) istehsalı artıq həyata keçirilir və bu sahədə proqram təminatı əsas rol oynayır. “Yazılım mühəndisliyi” uçuş aparatlarının, raketlərin və digər texnologiyaların “beyni”nin yazılmasını təmin edir. Bu sahə Türkiyə, Avropa, Amerika və Yaponiyada ciddi inkişaf edib və bizdə də bu istiqamətə diqqət artırılmalıdır”.

O diqqətə çatdırıb ki, “Süni intellekt” ixtisası artıq dövrün tələbidir və bu ixtisasın açılması zəruridir:

“Eyni zamanda, “Tibbi diaqnostika” ixtisasının da ayrıca tədrisi vacibdir. Çünki UZİ, MRT kimi müayinələri həyata keçirən ayrıca ixtisaslaşmış mütəxəssislərə ehtiyac var. Həkimlər bu prosedurları yerinə yetirmir, yalnız nəticələri qiymətləndirirlər. Ona görə də bu sahədə ixtisaslaşma vacibdir. Bəzi ixtisaslara gəldikdə isə, məsələn “Meşəçilik” ixtisasını artıq o qədər də perspektivli hesab etmirəm. Çünki “Ekologiya mühəndisliyi” kimi daha geniş sahə mövcuddur və bu ixtisasın sayını azaltmaq olar. “Genetika” isə mütləq ayrıca ixtisas kimi tədris olunmalıdır. Bu sahə artıq dünyada geniş inkişaf edib və qida sənayesindən tutmuş tibbi sahəyə qədər geniş tətbiq olunur.

Genetik dəyişikliklər və digər proseslər bu sahənin əhəmiyyətini artırır.

Eləcə də, əgər süni intellekt orta ümumtəhsil məktəblərində tədris olunacaqsa, bu sahə üzrə müəllimlərə də ehtiyac olacaq. Bu baxımdan “Süni intellekt müəllimliyi” ixtisasının yaradılması məqsədəuyğun ola bilər. Bu, informatika müəllimliyindən fərqli və daha spesifik sahədir. Digər tərəfdən, ali təhsil müəssisələrində “Tibb bacısı” ixtisasının bakalavriat səviyyəsində tədrisini o qədər də perspektivli hesab etmirəm. Çünki bu ixtisas artıq kolleclərdə mövcuddur.

Dörd illik ali təhsil səviyyəsində bu ixtisasın saxlanılması əvəzinə, onun yerinə “Genetika” kimi daha perspektivli sahənin əlavə olunmasını daha məqsədəuyğun hesab edirəm. Eyni zamanda, üçüncü ixtisas qrupunda bakalavriat səviyyəsində “Fəlsəfə” ixtisasını da o qədər perspektivli hesab etmirəm. Bu ixtisas daha çox magistratura səviyyəsində tədris oluna bilər və bakalavriat səviyyəsindən çıxarılması daha doğru olar”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

12:20

İlk rübün bahalaşan və ucuzlaşan məhsulları - SİYAHI

10:38

TƏBİB-in yeni icraçı direktoru vəzifə islahatlarına başladı

10:21

ABŞ-İran nümayəndə heyətləri Pakistanda görüşəcək - 2-ci raund

09:37

Estoniya Rusiyadan hücum gözləmir, amma...

13:34

On milyon ton taxılın sorğu-sualı... - Baş Prokurorluqda dindirilmə

13:22

Heyvan idxalı azalıb: Ət yenə bahalaşacaq?

12:41

Netanyahudan İranla bağlı açıqlama: "Bu, son deyil..."

12:09

Əli Əsədovla bağlı suala Elmar Məmmədyarovun cavabı

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO