Futbol üzrə olimpiya turnirinin 1/4 final matçından sonra Fransa və Argentina yığmalarının futbolçuları arasında dava düşüb.Xəbər verilir ki, Bordoda baş tutan görüş fransızların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmadan sonra hər iki komandanın bir neçə futbolçusu arasında əlbəyaxa dava düşüb. Dava əvvəlcə meydanda düşüb, daha sonra soyunub-geyinmə otağının qarşısında davam edib.
Davaya səbəb Argentina himninin fitə basılması və azarkeşlərin irqçi şüarlar səsləndirməsi səbəb olub.Qeyd edək ki, yarımfinalda Fransa yığması Misirlə qarşılaşacaq.
Becan.az