Araikin bu açıqlaması Türkiyəni AYAĞA QALDIRDI - “Ərdoğan prezident seçilməsə, Azərbaycan...”

16:13 30.04.2023 1 072
Araikin bu açıqlaması Türkiyəni AYAĞA QALDIRDI - “Ərdoğan prezident seçilməsə, Azərbaycan...”

“Prezident İlham Əliyevin Türkiyəyə səfəri seçkilər öncəsi Rəcəb Tayyib Ərdoğana ən böyük dəstəyin ifadəsidir. Sosial Tədqiqatlar Mərkəzinin apardığı rəy sorğusu nəticəsində məlum olub ki, Azərbaycanda respondentlərin 90.4%-i mayın 14-də Türkiyədə keçiriləcək seçkilərdə Ərdoğanın qalib gəlməsini arzulayır. Dolayısı ilə bu səfər seçki öncəsi iki qardaşın bir-birinə yardımı mənasına gəlir”.

Bu sözləri açıqlamasında türkiyəli politoloq Hüsamettin İnaç deyib.


Politoloq xatırladıb ki, Türkiyədə hazırkı müxalifət açıq şəkildə Azərbaycan-Ermənistan əlaqələrində Ermənistanın yanında olduğunu bildirib:

“Məsələn, Türkiyənin Azərbaycandakı keçmiş səfiri, hazırda Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun baş məsləhətçisi olan Ahmet Ünal Çeviköz “Biz Azərbaycanla qətiyyən maraqlanmayacağıq, Fransa kimi davranacağıq, Ermənistanla Azərbaycanı başbaşa buraxacağıq, Şuşa Bəyannaməsini ləğv edəcəyik” - deyə, bildirib. Bu baxımdan Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla, o cümlədən türk dünyası ilə əlaqələrin inkişafındakı rolunun fərqindədir. Dolayısı ilə İlham Əliyev seçkilər öncəsi Azərbaycan olaraq Türkiyənin və Ərdoğanın yanında olduğunu ifadə etmək istəyib.


İkinci önəmli nöqtə “Texnofest”lə əlaqəlidir. Çünki “Texnofest” Türkiyənin müdafiə sənayesinin milliləşdirilməsində çox önəmli həmlə nəticəsində ortaya çıxıb. Bənzər həmlələr qardaş Azərbaycanda da görülməkdədir. Dolayısı ilə innovasiya tədqiqatları və silah texnologiyasında, müdafiə sənayesində ciddi işbirliyi var. İHA-lar, SİHA-lar və digər müdafiə sənayesi məhsulları Türkiyə ilə bərabər, bundan sonra Azərbaycanda da istehsal olunacaq. Üçüncü əsas nöqtə Ermənistanın, qondarma “Dağlıq Qarabağ Respublikası”nın təxribatçı addımları ilə bağlıdır. Qondarma qurumun rəhbəri Araik Arutyunyan “Ərdoğan seçkilərdə uduzacaq, İlham Əliyev isə öz ordusunu da götürərək bu coğrafiyadan uzaqlaşacaq” kimi tərbiyəsiz bir açıqlama verib. Son dönəmlər Nikol Paşinyan və Arutyunyanın ABŞ-ın sülh sazişi planı çərçivəsində hərəkət etdiyini görürük. Amerika Qarabağ məsələsində ermənilərə ciddi təzyiq göstərir. Çünki ABŞ Cənubi Qafqazda Rusiyanın varlığını aradan qaldırmağa çalışır. Əlbəttə, belə bir durumda Rusiya ABŞ-ı cavabsız qoymayacaq. Rusiya-Ukrayna müharibəsinə bənzər savaşın olmaması üçün Rəcəb Tayyib Ərdoğan kimi bir dünya liderinə, türk dosta ehtiyac var”.


Politoloq Azərbaycanın Kahramanmaraşda inşa edəcəyi məhəllədən də danışıb:

“Azərbaycanın dəhşətli zəlzələlərlə bağlı Türkiyəyə, Kahramanmaraşa dəstək verməsi Azərbaycan xalqının və liderinin alicənablığını, qardaşlığa verdiyi əhəmiyyəti göstərir.


Bu addımlarla Azərbaycan Türkiyənin yanında olduğunu göstərir. Xüsusilə ağrılı vəziyyətlərdə, faciələr zamanı əsl dostluq üzə çıxır. Türkiyə Azərbaycanın dəstəyini heç zaman unutmayacaq”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO