İran nüvə silahının bir addımlığında: Tezliklə gec ola bilər...

21:15 4.02.2023 1 533
İran nüvə silahının bir addımlığında: Tezliklə gec ola bilər...

Molla rejiminin laxladığı bir vaxtda Qərb ekspertləri xəbərdarlıq edirlər ki, İranın nüvə silahı əldə etməsi vaxt məsələsidir. Britaniyanın “Express” saytının etibarlı mənbələrinə istinadən yazdığına görə, İranın uran ehtiyatlarını 90%-dək saflaşdırmasına həftələr qalıb. Bu səviyyə ballistik raketlər üçün nüvə başlığı hazırlamağa bəs edir.

Nüvə başlığının effektiv daşınma sisteminin yaradılması üçün daha 18 ay lazım olsa da, 90 faizlik hədd və bunun yaratdığı xof Qərbi, həmçinin regional oyunçuları İrana qarşı daha sərt tədbirlər görməyə məcbur edəcək. İranın nüvə ehtiyatlarını zərərsizləşdirmək üçün son çarə olaraq hərbi əməliyyatlar nəzərdə tutulub. İsrail Səudiyyə Ərəbistanından dəstək alacağına ümid etsə də, bunu təkbaşına həyata keçirməyə hazır olduğunu bəyan etdi.

İranın Qum yaxınlığındakı Fordo Nüvə Zavodunda saflaşdırılmış materialı 60 metr dərinlikdə saxlaya biləcəyi ilə bağlı məlumatlar əldə edilib. Hesab edilir ki, İsrailin İrana son hava zərbələri məhz bununla bağlıdır.


Bu vaxta qədər İran 75 kq. uranı 60 faiz saflaşdırıb. Bu, nüvə bombası yaratmaq üçün kifayət etsə də, döyüş başlığı daşınması mümkün olmayacaq qədər ağır olacaq.

Nüvə eksperti Bəhram Qiyasinin sözlərinə görə, texniki olaraq, uranı 90 faiz zənginləşdirmək üçün İrana bir neçə həftə bəs edər: “İran MAQATE-yə (Beynəlxalq Atom Enerjisi Agentliyi) məhdud nəzarət imkanı versə də, nüvə bombası düzəltməsi vaxt məsələsidir. İranda etirazlar görünməmiş həddə çatıb. Rialın dollara nisbəti də ən aşağı səviyyədədir. Tehran inanır ki, nüvə silahı istehsal edəcəyi təqdirdə mövqeyini möhkəmləndirəcək və ölkədə rejim dəyişməz qalacaq, bundan sonra hakimiyyəti devirmək mümkün olmayacaq”.

Rusiya və Çinlə əlaqələr rejimə zəifliklərini aradan qaldırmağa imkan yaradır. Odur ki, itirilən hər saat Qərbin və İsrail kimi regional oyunçuların əleyhinə işləyir. "Özünün neftlə bağlı təklifləri ilə Çin rejim əleyhinə sanksiyaları yumşaltmağa şərait yaratmaqla başağrısına səbəb olsa da, Tehranın Rusiya ilə əməkdaşlıq daha çox narahatlıq doğurur”, - deyə Britaniya saytı İsraildəki mənbəyə istinadən yazır.

Xatırladaq ki, bir müddət əvvəl İsrailin müdafiə naziri Benni Qantz İrana qarşı effektiv hərbi hücumlar başlatmaq üçün daha iki ilə ehtiyac ola biləcəyini bəyan etmişdi. “İki və ya üç ildən sonra siz təyyarələrinizi şərqə doğru yönəldib, İranın nüvə obyektlərinə hücumda iştirak edə bilərsiniz",- deyə Benni Qantz Hərbi Hava Qüvvələrinin məzunlarına demişdi.

İranlı analitik Ketrin Perez-Şakdam isə ölkədə molla rejiminin tezliklə devriləcəyinə əmindir: “Rejimin sağ qalması şübhə altındadır və Tehran bunu bilir”.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

12:06

Ərdoğan Əliyevi şəxsən dəvət edib

11:03

Bakıda kafedə kütləvi dava: ölən var

19:23

Batan gəmidəki azərbaycanlılar xilas edilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}