Səddam Hüseynlə bağlı yeni açıqlama ABŞ əsgərindən gəldi

20:51 2.01.2023 2 106
Səddam Hüseynlə bağlı yeni açıqlama ABŞ əsgərindən gəldi

Bəzi sirlərə aydınlıq gətirilib

İkinci Körfəz Müharibəsindən sonra itkin düşən və bir müddət ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən axtarılan Səddam Hüseyni əsir götürən əsgər sükutu pozub. ABŞ əsgərinin açıqlaması ilə 20 illik sirr deşifrə edilib...
İraq lideri Səddam Hüseynin 2003-cü ildə ələ keçirildiyi əməliyyatla bağlı yeni məlumatlar ortaya çıxıb.
Musavat.com "Daily Mail"ə istinadən xəbər verir ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri paytaxt Bağdada girdikdən sonra yoxa çıxan Səddam Hüseyni tutan əsgər diqqətçəkən açıqlamalar verib.
Kevin Hollandın açıqlamaları ilə 20 ilin sirrin üstü açılıb.



Holland gələn xəbərdarlıqdan sonra bölgəyə getdiklərini və əməliyyatla bağlı bilinməyənləri açıqlayıb. Səddamı gizləndiyi yerdən Texas əsgərinin çıxardığını bildirən Holland devrilmiş lideri yanında silah olması ehtimalını nəzərə alaraq saxladıqlarını bildirib.
“Səddamı sonradan bağladıq və dedik ki, prezident Buş sizə salamlarını göndərir. Səddam bizə ingiliscə danışıqlara açıq olduğunu söylədi, biz isə artıq gec olduğunu bildirdik” - əsgər deyib.
Çəkdikləri görüntülərin ABŞ mətbuatında dərc olunduğunu bildirən Holland devrilmiş liderin bu qədər müddət bir çuxurda necə sağ qaldığı sualına cavab verib: "O, orada çox qalmadı və bölgədə iki mühafizəçisi var idi”.



1937-ci ildə Tikritdə anadan olan Səddamın siyasətlə ilk tanışlığı gənclik illərinə təsadüf edir. Həmin günlərdə ərəb dünyasına hakim olan millətçi-azadlıq və anti-imperialist küləyinə özünü qapdıran Səddam gənc yaşlarında Baas Partiyasına qoşulub. Onun 1956-cı ildə çevriliş cəhdi uğursuz olub. Monarxiyaya son qoyulmasından sonra baş nazir Əbdül Kərim Hassamı öldürmək üçün yaradılmış sui-qəsd təşkilatında mühüm rol oynayıb. Lakin bu hadisənin üstü açıldığı üçün Səddam ölkədən qaçmağa məcbur olub, 1963-cü ildə Baas Partiyası hakimiyyətə gəldikdən sonra ölkəsinə qayıdıb. Bu arada əmisi qızı Sacide ilə ailə qurub, ikisi oğlan, üçü qız olmaqla beş övladı dünyaya gəlib. Lakin illər keçdikcə onunla Baas Partiyası arasında fikir ayrılıqları dərinləşməyə başlayıb, münaqişələr şiddətləndikdə Səddam həbs olunub.
1968-ci il çevrilişi Səddamı həbsdən xilas edib. Partiyada sürətlə yüksələn Səddam barışmaz qətiyyəti və möhkəmliyi sayəsində Baas-in ən mühüm strukturlarından biri olan İnqilab Şurasına daxil olub. Zamanla o öz mövqeyini möhkəmləndirib və prezident Əhməd Həsən Bəkrinin hakimiyyətinin arxasındakı əsas güc mənbəyinə çevrilib. 1979-cu ildə o, dövlət çevrilişi ilə hakimiyyəti ələ keçirib. İlk növbədə o, rəqiblərinə qarşı amansız “məhv” kampaniyasına başlayıb.
O vaxtdan Səddam öz iqtidarını güclü kəşfiyyat şəbəkəsinə əsaslanan repressiv metodlar üzərində qurur. O, səsini qaldıranları öldürməkdən çəkinməyib.



1980-ci ildə Səddam onu ​​ərəb dünyasının liderliyinə daşıyacaq və Qərbin gözündə əvəzolunmaz edəcək bir fürsətlə qarşılaşdığını düşünürdü. İranda İslam İnqilabı tam sürətlə gedirdi. Xomeyni rejiminin Qərblə, xüsusən də ABŞ-la münasibətləri getdikcə pisləşirdi və İran "inqilab ixracı siyasəti" ilə bütün region üçün təhlükə kimi qəbul edilirdi. Buna əsaslanaraq Səddam İrana müharibə elan etdi. Onun hesablamaları bu müharibədə Qərbin dəstəyini asanlıqla alacağına və təlatümlü günlər keçirən İranın çox müqavimət göstərə bilməyəcəyinə əsaslanırdı. Müharibənin ilk günlərində İraq qoşunları mühüm su ərazisi olan Şatt əl-Ərəbi ələ keçirdilər. Lakin İran Səddamın gözlədiyindən daha güclü idi. 8 illik müharibə yüz minlərlə insanın ölümü ilə nəticələndi. Hər iki ölkənin iqtisadiyyatı da məhv oldu.
Neftin gücünü çox yaxşı bilən Səddam Hüseyn İran müharibəsindən ümid etdiyi gəliri əldə edə bilməyəndə diqqətini Küveytə çevirdi. 1990-cı il avqustun 2-də Səddamın qoşunları Küveyti işğal etdi. Küveytin işğalından təşvişə düşən digər Körfəz ölkələri Qərblə yaxınlaşdı. Səudiyyə Ərəbistanı ərazisi çoxmillətli gücə açıldı. Səddamı geri çəkilməyə çalışmaq cəhdləri nəticəsiz qaldı və yanvarın 17-də müharibə başladı. Səddam müharibəni “bütün müharibələrin anası” adlandırdı, lakin beynəlxalq qüvvələr qarşısında geri çəkilməli oldu və İraqda embarqoların kölgəsi altında bir həyat başladı.



Embarqo illərində Səddam və ətrafındakılar rahat həyatlarını davam etdirdiyi halda, İraq xalqı aclıq və səfalət içində qaldı.
İkinci Körfəz Müharibəsindən sonra Səddam, ailəsi və ən yaxın adamları yoxa çıxdı. Səddamın kadrları bir-bir ələ keçirildi, qəddarlığı ilə ad çıxaran oğulları Uday və Qusay öldürüldü. Koalisiya qüvvələri Səddamın doğulduğu Tikrit və ətrafında axtarışları gücləndirdi.
Səddam 2008-ci ildə asılaraq edam edilib.

BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}